Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“xeberxetti.com”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 1977-ci il təvəllüdlü Babayeva Cəmilə Qurban qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və sol bud sümüyünün, qasıq oturaq sümüklərinin sınıqları diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Mənbə
Xeberxetti.com