Xəbər Xətti

    Yayda meymun çiçəyinə yoluxma arta bilər – ÜST

    21 May 2022

    Baş prokurorun Goranboyda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

    21 May 2022

    Bakıda polislər hamilə qadının köməyinə çatdı – VİDEO

    21 May 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Yayda meymun çiçəyinə yoluxma arta bilər – ÜST

      21 May 2022

      Baş prokurorun Goranboyda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

      21 May 2022

      Bakıda polislər hamilə qadının köməyinə çatdı – VİDEO

      21 May 2022

      Deputat: Avropa İttifaqı Azərbaycana yeni alternativ enerji mənbəyi kimi baxır

      21 May 2022

      Səlim Müslümovun səhhətində PROBLEM YARANDI

      21 May 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Cəmiyyət»Azərbaycanda həkimlərin maaşının artırılmasının əsas məqsədi açıqlanıb
    Cəmiyyət

    Azərbaycanda həkimlərin maaşının artırılmasının əsas məqsədi açıqlanıb

    02 May 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    “Azərbaycanda əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir”.

    Bunu “xeberxetti.com”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

    Deputat bildirib ki, bunun nümunələrindən biri də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklərin edilməsi üçün layihənin hazırlanmasıdır: “Dəyişikliklərlə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra 1000 manata çatdırılması nəzərdə tutulur”.

    Onun sözlərinə görə, əsas məqsəd tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi xidmətlərə vətəndaşların əlçatanlığını təmin etməkdir: “Artım 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimə şamil olunacaq. 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım 2 dəfəyədək təşkil edəcək. 14 ixtisas üzrə çalışan həkimlərin maaşında isə artım 20-90% arası dəyişəcək. Hesab edirəm ki, tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında stimullaşdırıcı amillərin rolu böyükdür. Bu gün həkimlərin fəaliyyəti və iş yükü kifayət qədər çoxdur. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə müəssisələrinə müraciətlərin sayında artım müşahidə edilir. Bu artım da həkimlərin iş yükünün çoxalmasına səbəb olub. Hesab edirəm ki, tibb işçilərinin əməkhaqqlarının artırılması və maddi-texniki bazanın genişləndirilməsi tibbi xidmətlərin keyfiyyətinin də mərhələli şəkildə artmasına gətirib çıxaracaq”.

    Parlamentin Səhiyyə komitəsinin üzvü söyləyib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi xidmət üzrə Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanması təqdirəlayiq addımdır: “Layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3 000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edəcək. İcbari tibbi xidmət üzrə Xidmətlər Zərfinə daxil olan xidmətlərin artırılması onu göstərir ki, mərhələli şəkildə maddi-texniki baza və kadr potensialı yaxşılaşdıqca bu siyahının genişləndirilməsinin şahidi olacağıq. Çünki hələ də icbari tibbi xidmət üzrə Xidmətlər Zərfinin genişləndirilməsinə ehtiyac var”.

    Deputat bildirib ki, stasionarlarda dərman təminatının yaxşılaşdırılması istiqamətində görülməli işlər çoxdur: “Bəzən biz stasionar xidmətdə çatışmazlıqların şahidi oluruq. Burada təkcə maddi-texniki bazanın yaxşılaşdırılması və vəsaitlərin kifayət qədər olması yetərli deyil. İcra mexanizminin işlək olması da vacibdir. Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsində yerlərdə səhiyyənin düzgün idarə edilməsinin və kadrlar tərəfindən zamanında düzgün qərarların qəbul olunmasının böyük önəmi var. İnanıram ki, çatışmazlıqlarla bağlı məsələlər tədricən öz həllini tapacaq. Bütövlükdə, Azərbaycanda vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunması Prezident İlham Əliyevin uzaqgörənliklə yürütdüyü sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu sahədə mühüm addımlardan biri olan icbari tibbi sığortanın tətbiq olunması isə özünü uğurla doğrultmaqdadır. Bu sistem tədricən daha da təkmilləşəcək və nəticədə həm əhalinin daha çox tibbi xidmətlərə əlçatanlığı artacaq, həm də tibb müəssisələrinin infrastrukturu yaxşılaşacaq”.


    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Baş prokurorun Goranboyda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

    21 May 2022

    Cəlilabadda müəllimin evində təhsil alan şagirdlər üçün yeni məktəb tikintisinə başlanılıb

    21 May 2022

    Oxu.az – May bitir, gilas bitmir: Meyvələrin qiyməti niyə əl yandırır?

    21 May 2022

    Bakıda evdən oğurluq edilib

    21 May 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Baş prokurorun Goranboyda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

    21 May 2022

    Bakıda polislər hamilə qadının köməyinə çatdı – VİDEO

    21 May 2022

    Səlim Müslümovun səhhətində PROBLEM YARANDI

    21 May 2022

    Cəlilabadda müəllimin evində təhsil alan şagirdlər üçün yeni məktəb tikintisinə başlanılıb

    21 May 2022

    Oxu.az – May bitir, gilas bitmir: Meyvələrin qiyməti niyə əl yandırır?

    21 May 2022

    Qəbul imtahanı keçirildi, 6 nəfərdə telefon aşkarlandı – YENİLƏNİB

    21 May 2022

    Azərbaycanda siyasi mədəniyyəti formalaşdıran ZƏMİN: Dövlət buna necə nail olur? – TƏHLİL

    21 May 2022

    Bakıda evdən oğurluq edilib

    21 May 2022

    “270 Ukrayna hərbçisi öldürülüb, bir Su-25 vurulub”

    21 May 2022

    Bakıda 5 evdən oğurluq edən şəxs tutulub

    21 May 2022

    Qazaxda sərhədi pozmağa cəhd göstərən Azərbaycan vətəndaşları saxlanılıb

    21 May 2022

    Bazar günü milli parklarda istirahət pulsuz olacaq

    21 May 2022

    Gömrük borcunun ödənilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi

    21 May 2022

    Deputatlar Şuşada iclas keçirir

    21 May 2022

    Sabah ölkədə havanın temperaturu 29 dərəcəyədək artacaq

    21 May 2022

    Oxu.az – Deputatlar Şuşada iclas keçirir

    21 May 2022

    “Flyone Armenia” İrəvan-Antalya uçuşlarına başlayır

    21 May 2022

    Aydın Balayevin Xalq Cümhuriyyəti ilə bağlı yeni kitabı nəşr edilib

    21 May 2022

    Rusiya-Ukrayna savaşının 86-cı GÜNÜ: Daha şiddətli döyüşlərin bir addımlığında – TƏHLİL

    21 May 2022

    Sabah milli parklarda “açıq qapı” günü keçiriləcək

    21 May 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.