Almaniya Ukraynaya tankları yalnız digər ölkələrlə birlikdə tədarük edəcək.
Xeberxetti.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib. “Mən qərarlarımı tez qəbul edirəm və onları müttəfiqlərimizlə əlaqələndirirəm. Amma Almaniyanın tələsik və birtərəfli hərəkətlərinə şübhə ilə yanaşıram”, – o deyib. Onun sözlərinə görə, silahların tədarükü prinsipi “hamı və ya heç kim” olmalıdır. Xatırladaq ki, Ukrayna Almaniyaya ABŞ-dan nümunə götürərək Lend-Lease haqqında qanun qəbul etməyi təklif edir. İlkin Nəcəfzadə Xeberxetti.com Teqlər:
Almaniya
Tank
Bənzər yazılar
Add A Comment