Bu gün Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi olub.
Xeberxetti.com xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk öz “Facebook” səhifəsində bildirib. Vereşçuk 14 ukraynalının geri qaytarıldığını bildirib. O əlavə edib ki, qaytarılanlardan 7-si hərbçi, 7-si isə mülki şəxsdir. “Mənim üçün bu mübadilə xüsusidir: hərbçi qadınlardan biri hamiləliyinin beşinci ayındadır”, – Baş nazirin müavini vurğulayıb. Xeberxetti.com Teqlər:
Rusiya
Ukrayna
Əsirlər
Bənzər yazılar
Add A Comment