Rusiyanın Belqorod vilayətində Müdafiə Nazirliyinin obyektinin ərazisində yanğın baş verib.
Xeberxetti.com xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Teleqram kanalında məlumat paylaşıb. Onun sözlərinə görə, yanğın Borisov və Belqorod rayonlarının, Yakovlevski şəhər dairəsinin sərhədində baş verib. Baş verən insident nəticəsində yerli sakin yüngül xəsarət alıb. “Yerli sakinlər arasında 1 nəfərin xəsarət alması barədə məlumat var.Yarası yüngüldür, həyati təhlükə yoxdur. Bütün lazımi tibbi yardım göstərilir. Hazırda Fövqəladə Hallar Nazirliyinin bölmələri, mənim müavinim Konstantin Polejayev və idarənin rəisi Oleq Medvedev hadisə yerindədir “, – Qladkov Telegram kanalında yazıb. Yerli Telegram kanallarının və VKontakte şəbəkəsinin istifadəçilərinin məlumatına görə, hadisə Tomarovka kəndi yaxınlığında baş verib. Kənd Ukrayna ilə sərhəddən 20 kilometrdən çox məsafədə yerləşir. Şahanə Rəhimli Xeberxetti.com
Teqlər: