Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanıb. Bu barədə hərbi jurnalist və bloger Aleksandr Şulman yazıb.
66 yaşlı Gerasimov sağ ayağının yuxarı üçdə bir hissəsində sümük sınığı olmayan qəlpə yarası alıb, həyati təhlükəsi yoxdur. Ordu generalı Gerasimov və digər zabitlər Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbə endirdiyi komanda məntəqəsində imişlər. İlkin məlumata görə, 20 zabit həlak olub. “Vertical” Telegram kanalı xəbər verir ki, Rusiya Baş Qərargah rəisi Gerasimov İzyumu tərk etməyə çalışır və onların təchizatı dayandırılıb. Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri 10-dan çox yüksək səviyyəli rus komandirini, o cümlədən azı altı generalı məhv edib. Şahanə Rəhimli Xeberxetti.com
Teqlər: