Əfqanıstanın paytaxtında partlayış törədilib.
Xeberxetti.com bu barədə yerli mediaya istinadən xəbər verir. Məlumata görə, hadisə günorta saatlarında Kabilin qərb hissəsində baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, qadınlar və uşaqlar da daxil olmaqla daha 7 nəfər yaralanıb. Əfqanıstana nəzarət edən “Taliban” hərəkatı hadisə ilə bağlı şərh verməyib. Ölkədə fəaliyyət göstərən silahlı qruplaşmalardan heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib. Xeberxetti.com Teqlər:
Əfqanıstan
Partlayış
Bənzər yazılar
Add A Comment