Xəbər Xətti

    Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb

    27 May 2022

    “TEKNOFEST Azərbaycan” bu gün də davam edəcək

    27 May 2022

    Oxu.az – Koronavirusla bağlı SON STATİSTİKA

    27 May 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb

      27 May 2022

      “TEKNOFEST Azərbaycan” bu gün də davam edəcək

      27 May 2022

      Oxu.az – Koronavirusla bağlı SON STATİSTİKA

      27 May 2022

      Ordu generalı: Rusiya-Azərbaycan sərhədinin beynəlxalq qeydiyyatı başa çatmayıb

      27 May 2022

      “Kissincerin istəyi Rusiyanın qlobal tarazlıq qabiliyyətini qorumasıdır” – Türkiyəli ekspertin RƏYİ

      27 May 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Fakt»Azərbaycanın etibarlı çəkindirmə silahı: XTQ!
    Fakt

    Azərbaycanın etibarlı çəkindirmə silahı: XTQ!

    30 Aprel 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Xüsusi Təyintlı Qüvvələr yaranan gündən Azərbaycanın döyünən ürəyi, vuran qolu, görən gözüdür. “Görünmədən görən, ölmədən öldürən, qələbə ilə dönən” XTQ-miz daim qəhrəmanlıq nümunələri nümayiş etdirib. Geniş audiotoriyanın bilmədiyi və eşitmədiyi çoxsaylı əməliyyatlardan daim üzüağ çıxıb. Məhz buna görə də Ermənistan ordusunun ən qorxulu kabusu məhz Azərbaycan XTQ-sidir.
    Düşmənlərimiz XTQ-nin əsl gücünü ilk dəfə 2016-cı ilin aprel ayında baş verən 4 günlük döyüşlərdə açıq-aşkar gördülər. Məhz bu döyüşlərdən sonra “XTQ kabusu” onların canına və ruhuna ömürlük hakim kəsildi. Vətən Müharibəsinin təcrübəsini də nəzərə alsaq, XTQ kabusunun Ermənistanın canından çıxması yaxın onilliklərdə mümkün olmayacaq. XTQ-nin silahları Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev XTQ-nin silahlanmasına, təchizatına və təminatına xüsusi diqqət yetirir. Xüsusi Təyinatlı Qüvvələrimiz dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlara, döyüş vasitələri və texnikalara sahibdir. Yerli sənayemizin istehsal etdiyi məhsullar da XTQ tərəfindən döyüşlərdə uğurla istifadə edilib. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti xidməti vəzifələrinin yerinə yetirilməsində müxtəlif tipli avtomatik tüfənglər, snayper silahları, pulemyotlar, tapançalar, tapança-pulemyotlar, tank əleyinə idarəolunan raket kompleksləri, qumbara və qumbaraatanlar, lazer tuşlayıcıları, gecəgörmə çihazları, termal kameralar, binokllar, siqnal tapançaları, duman yaradan vasitələr, radiostansiyalar, GPS və s.-dən istifadə edir. Xüsusi təyinatlı qrupun yerinə yetirəcəyi vəzifələrin xarakterinə uyğun olaraq, şəxsi heyət ştat üzrə malik olduğu silah və avadanlıqlarını digərlərilə dəyişə bilər. Odur ki, bu bölmələr mövcud silah sistemlərinin ən yaxşılarına və ən geniş çeşidinə malik olmalıdır. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən istifadə edilən silahlar həm imkanlarına, həm də peşəkar döyüşçülərin seçim imtiyazlarının nəzərə alınması və şəxsi qiymətləndirmələrinə əsasən əldə edilir. Hibrid müharibənin qəhrəmanları İkinci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti bir çox uğurlu əməliyyatları ilə işğal altında olan ərazilərin azad edilməsində mühüm rol oynadı. Demək olar, bütün genişmiqyaslı döyüş əməliyyatlarında, o cümlədən Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın işğaldan azad edilməsində əsas rol “görünmədən görən, ölmədən öldürən, qələbə ilə dönən” XTQ-yə məxsus idi. Bundan əlavə, qəhrəman XTQ-miz Qubadlı və Laçının bir çox yaşayış məntəqələrinin azad edilməsində yaxından iştirak edib. Müharibədən sonra da düşmənə qarşı fəaliyyətlərinə fasilə verməyib. Keçən il noyabrın 16-da Qaragöl istiqamətində düşmən təxribatlarına verdiyi cavab qiyamətə qədər Ermənistanın hərbi-siyasi rəhbərliyinin yadından çıxmayacaq. Vətən Müharibəsində 7 müxtəlif güc strukturunun xüsusi təyinatlılarının hamısı bir-birindən üstün imkan nümayiş etdiriblər. Sanki daha üstün nailiyyət uğrunda mübarizə aparırdılar. Bu müharibə dünya hərb tarixinə “XTQ və PUA-ların kütləvi tətbiqi ilə yeni nəsil hibrid müharibə” kimi düşdü. Təxminən bir tabordan ibarət qəhrəman əsgərlərimizin yalnız atıcı silahlar, süngü-bıcaq və məhdud sayda tank əleyhinə vasitələrlə qayalar üzərində yerləşən Şuşa qalasına dırmaşaraq, artilleriya və zirehli texnikalarla qorunan şəhəri erməni işğalçılarından azad etməsi dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu gün də həmin əməliyyat dünyanın bir çox ölkələrinin hərbi mərkəzlərində, o cümlədən ABŞ-da və digər NATO ölkələrində dərindən araşdırılır. Düşmənə sipər, dosta güvənc …Müdafiə Nazirliyinin tərkibində XTQ-nin yaranması yadımdadır. Ümidlərimiz böyük idi, amma ağlımıza gəlməzdi ki, 2-ci Qarabağ Müharibəsinin ən əhəmiyyətli qələbələrini məhz xüsusi təyinatlılarımız qazanacaq. Vətən Müharibəsinin ən ağır yükünü üzərinə götürən XTQ Ali Baş Komandan İlham Əliyevin Qarabağ və Zəngəzurla bağlı unikal döyüş planlarını müvəffəqiyyətlə yerinə yetirməklə ƏSL DÖYÜŞÇÜ obrazını qəlbimizə, beynimizə və tariximizə əbədi həkk etdi. Yüzlərlə kitab, minlərlə məqalə yaza bilərik, amma Azərbaycan xalqının Vətən sevgisini, Qarabağ və Zəngəzur yanğısını dünyaya XTQ kimi izah edə bilmərik. Bəzən təmənnasız torpaq sevgisinin əməldə bir dəfə nümayiş etdirilməsi qalın-qalın kitablardan daha təsirli olur. Tam fərqli həyat, döyüş və mənəviyyat fəlsəfəsinə malik XTQ-miz Azərbaycanın ərazi bütövlüyüyünün təmin edilməsində müstəsna rol oynamaqla, xalqımızın və onun dostlarının qəlbində özünə əbədi, möhtəşəm bir abidə qurub. Bu abidə Vətən sərhədlərinə sipərdir, düşmənə kabus, dostlara güvəncdir, beynəlxalq və regional təhlükəsizliyə ən böyük töhfədir. Vətən Müharibəsinin başa çatmasına baxmayaraq, qeyri-sabit dünyamızda baş verən proseslər dövlətin və xalqın bütün məsələlərdə tam etibar etdiyi XTQ faktorunun əhəmiyyətini hər keçən gün daha dərindən hiss etməyə imkan verir. Düşmənlərimizin başı üzərində “Domokl Qılıncı” kimi asılan XTQ-miz bu gün Azərbaycanın ən etibarlı çəkindirmə silahıdır. Görən gözümüz, vuran qolumuz Düşmənin önündə geriyə addım atmadan son nəfəsinə qədər döyüşüb şəhid olmağı seçmək çox böyük qəhrəmanlıqdır. XTQ-nin hər bir üzvü belə qəhrəmanlıqlar nümayiş etdirən və buna daim hazır hərbçilərdir. Qürurumuz, döyünən ürəyimiz, görən gözümüz və vuran qolumuz olan XTQ-nin yaranma günündə bizim bükülən qamətimizi düzəldən bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm. Şəhidlərimizin valideynlərinə dərin təşəkkürümü bildirirəm ki, belə əvəzedilməz qəhrəmanlar yetişdiriblər. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Bu cür mərd vətən fədailərinin sayəsində Azərbaycan qalib ölkə, biz isə qalib xalqıq! Azərbaycan XTQ-si mövcud olduğu müddətdə regionda ağlı başında olan kimsə bizim maraqlarımıza zidd hərəkət etmək niyyətinə düşməyəcək. Haqqınız heç nə ilə ödənilə bilməz. Hər şeyə görə çox sağ olun! Sizinlə fəxr edirik! Ədalət Verdiyev, hərbi ekspert Xüsusi olaraq Xeberxetti.com üçün Teqlər:

     

    XTQ
     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    “TEKNOFEST Azərbaycan” bu gün də davam edəcək

    27 May 2022

    Müğənni səhnədə çıxış edərkən alışıb yandı – VİDEO

    27 May 2022

    Buraxılış imtahanlarının nəticələri açıqlanıb

    27 May 2022

    Lavrov xəbərdarlıq etdi

    27 May 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb

    27 May 2022

    “TEKNOFEST Azərbaycan” bu gün də davam edəcək

    27 May 2022

    Oxu.az – Koronavirusla bağlı SON STATİSTİKA

    27 May 2022

    Ordu generalı: Rusiya-Azərbaycan sərhədinin beynəlxalq qeydiyyatı başa çatmayıb

    27 May 2022

    “Kissincerin istəyi Rusiyanın qlobal tarazlıq qabiliyyətini qorumasıdır” – Türkiyəli ekspertin RƏYİ

    27 May 2022

    Dünyada koronavirusdan sağalanların sayı 500 milyonu ötüb

    27 May 2022

    Almaniya kansleri: “Putin müharibədə qalib gəlməməlidir”

    27 May 2022

    Davada qoparılan qulağını qağayı götürüb uçdu – FOTO/VİDEO

    27 May 2022

    Şakira hakim qarşısına çıxacaq: Həbs oluna bilər

    27 May 2022

    Müğənni səhnədə çıxış edərkən alışıb yandı – VİDEO

    27 May 2022

    Buraxılış imtahanlarının nəticələri açıqlanıb

    27 May 2022

    Lavrov xəbərdarlıq etdi

    27 May 2022

    Azercell “TEKNOFEST Azərbaycan”ın baş sponsorudur

    27 May 2022

    Avtobus piayadanı vurub öldürdü

    27 May 2022

    Xarkovdan dəhşətli xəbər: Ölən və yaralılar var

    27 May 2022

    Rusiya bu ərazini ələ keçirib

    27 May 2022

    Dövlət Xidmətində İctimai Şuranın üzvləri ilə görüş keçirilib

    27 May 2022

    ÜST Kiyevin qətnaməsini qəbul, Rusiyanın layihəsini isə rədd etdi

    27 May 2022

    Turist avtobusu qəzaya uğrayıb, xəsarət alan var

    27 May 2022

    Türkün qanadlanmaq dövrü – Ədalət Verdiyevin şərhi

    27 May 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.