Gəncə şəhərində avtobus sürücüsü sükan arxasında ölüb. Hadisə bu gün axşam saatlarında Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
9 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü Orucov İlqar özünü narahat hiss etdiyindən avtobusu saxlayıb. Sonradan onun sükan arxasında öldüyü məlum olub. İlkin məlumata görə sürücü infarkt (ürək tutmasından) keçirib. Faktla bağlı araşdırma aparılır.(APA) Xeberxetti.com
Teqlər: