Xəbər Xətti

    Oxu.az – May bitir, gilas bitmir: Meyvələrin qiyməti niyə əl yandırır?

    21 May 2022

    Qəbul imtahanı keçirildi, 6 nəfərdə telefon aşkarlandı – YENİLƏNİB

    21 May 2022

    ABŞ prezidentinin İlham Əliyevə yazdığı məktubdan bəzi MƏQAMLAR – ABŞ Qafqazda nə görmək istəyir?

    21 May 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Oxu.az – May bitir, gilas bitmir: Meyvələrin qiyməti niyə əl yandırır?

      21 May 2022

      Qəbul imtahanı keçirildi, 6 nəfərdə telefon aşkarlandı – YENİLƏNİB

      21 May 2022

      ABŞ prezidentinin İlham Əliyevə yazdığı məktubdan bəzi MƏQAMLAR – ABŞ Qafqazda nə görmək istəyir?

      21 May 2022

      Bakıda evdən oğurluq edilib

      21 May 2022

      Şamaxıda minik avtomobillər toqquşub, yaralılar var

      21 May 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Fakt»Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib
    Fakt

    Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib

    30 Aprel 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
    Xeberxetti.com -ın məlumatına görə, təbrik mətnində deyilir: “Dünya müsəlmanlarının əziz günü – Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm. Allah dərgahında rəhmət, bərəkət və məgfirəti ilə seçilən Ramazan ayının əzəmət və sevinci hədsizdir. Uca Allaha şükürlər olsun ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca ibadətlərini böyük ehtiram və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşurlar. Allaha dualar edirik ki, bu bayram insanlar üçün səadət və xeyir-bərəkətlərə vəsilə olsun! Bu ilki Ramazan bayramını Azərbaycan xalqı davam edən Zəfər əhval-ruhiyyəsi ilə qeyd edir. Həmd olsun Allaha ki, Azərbaycan xalqı müdrik dövlət öndəri İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə Vətən müharibəsində şanlı əsgərlərimizin şücaətləri, Silahlı Qüvvələrimizin 44 günlük müharibə zamanı rəşadətlə həyata keçirdiyi əməliyyatlar Haqq işimizdə qələbəni bizlərə nəsib etdi. Bu şanlı zəfər yolunda şəhidlik məqamına yüksəlmiş qəhrəman övladlarımıza Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik! Şükürlər olsun ki, işğaldan azad olunmuş torpaqlarımızda yenidən Azan səslənir. Azərbaycan xalqı bu Ramazanı işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq-bərpa işlərindən duyduğu qürur və nikbinliklə, düşmən tərəfindən dağıdılmış, təhqir olunmuş məscidlərimizin dirçəldilməsi üçün görülən böyük işlərin doğurduğu mənəvi fəxarət hissilə qarşılayır. Azərbaycan xalqının əbədi, əzəli torpaqlara Böyük Qayıdışını təmin etmək yönündə dövlətimiz fövqəladə işlər həyata keçirir, əsarətdən xilas etdiyimiz dağıdılmış mədəni-mənəvi irsimizi dirçəldir, tarixi abidələrə və ziyarətgahlara, yandırılmış torpaqlarımıza yeni nəfəs verir, abad kəndlər və şəhərlər salır. Azərbaycan Prezidenti İlham Əliyev cənabları ölkəmizin Birinci vitse-prezidenti möhtərəm Mehriban xanımla birlikdə Qarabağa hər bir səfəri zamanı dövlət əhəmiyyətli infrastruktur obyektlərinin təməlinin qoyulması ilə yanaşı dini-mənəvi abidələrin təmir, bərpa və yenidən qurulması ilə bağlı əsaslı layihə gerçəkləşdirilir. Xalqımız əmindir ki, Qarabağ tezliklə Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək, inşallah, buradakı bütün məscidlərimiz, dini məbədlərimiz bərpa olunacaq. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada nəfis şəkildə bərpa edilmiş tarixi məscidlərlə yanaşı təməli qoyulmuş yeni məscid kompleksi qalib Azərbaycanın mənəvi Zəfər abidəsi olacaq, Zəfərimiz qədər möhtəşəm olacaqdır, inşallah! Necə ki, Şuşada Dünya azərbaycanlılarının Zəfər Qurultayı milli birlik və mənəvi vəhdətimizin təntənəsini təcəssüm etdirdi. Allah-Təalanın Lütfü və Mərhəməti ilə Ramazan bayramına qovuşan xalqımız Vətənimiz, dünyanın salamatlığı, əmin-amanlığı üçün dualar edir Savab, məğfirət ayı olan Ramazan bəşər övladına səbr, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu ülvi bayram günlərində valideynləri yad etmək və sevindirmək, qohum-əqrəbaya baş çəkmək, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərmək, küsülüləri barışdırmaq hər bir müsəlmanın borcudur. Bu il Ramazan bayramı, inşallah, 2 may tarixinə təsadüf edəcəkdir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm. Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşsin! Bir daha müstəqilliyimiz, dövlətçiliyimiz uğrunda canını fəda etmiş cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirik. Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlətimizi, dövlət rəhbərimizi müzəffər, xalqımızı hər zaman qalibqərar versin! Allah-Təala Azərbaycanı qorusun! AMIN!” Xeberxetti.com

    Teqlər:

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Qəbul imtahanı keçirildi, 6 nəfərdə telefon aşkarlandı – YENİLƏNİB

    21 May 2022

    “270 Ukrayna hərbçisi öldürülüb, bir Su-25 vurulub”

    21 May 2022

    Bazar günü milli parklarda istirahət pulsuz olacaq

    21 May 2022

    “Flyone Armenia” İrəvan-Antalya uçuşlarına başlayır

    21 May 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Oxu.az – May bitir, gilas bitmir: Meyvələrin qiyməti niyə əl yandırır?

    21 May 2022

    Qəbul imtahanı keçirildi, 6 nəfərdə telefon aşkarlandı – YENİLƏNİB

    21 May 2022

    Bakıda evdən oğurluq edilib

    21 May 2022

    “270 Ukrayna hərbçisi öldürülüb, bir Su-25 vurulub”

    21 May 2022

    Bakıda 5 evdən oğurluq edən şəxs tutulub

    21 May 2022

    Qazaxda sərhədi pozmağa cəhd göstərən Azərbaycan vətəndaşları saxlanılıb

    21 May 2022

    Bazar günü milli parklarda istirahət pulsuz olacaq

    21 May 2022

    Gömrük borcunun ödənilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi

    21 May 2022

    Deputatlar Şuşada iclas keçirir

    21 May 2022

    Sabah ölkədə havanın temperaturu 29 dərəcəyədək artacaq

    21 May 2022

    Oxu.az – Deputatlar Şuşada iclas keçirir

    21 May 2022

    “Flyone Armenia” İrəvan-Antalya uçuşlarına başlayır

    21 May 2022

    Aydın Balayevin Xalq Cümhuriyyəti ilə bağlı yeni kitabı nəşr edilib

    21 May 2022

    Rusiya-Ukrayna savaşının 86-cı GÜNÜ: Daha şiddətli döyüşlərin bir addımlığında – TƏHLİL

    21 May 2022

    Sabah milli parklarda “açıq qapı” günü keçiriləcək

    21 May 2022

    Sabah 29 dərəcə isti olacaq

    21 May 2022

    Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edilib

    21 May 2022

    Baydenin Əliyevə TƏBRİK MƏKTUBU: “Bu, ABŞ-nin regiondakı mövcud reallıqları qəbul etdiyini təsdiqləyir” – ŞƏRH

    21 May 2022

    Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu

    21 May 2022

    Azərbaycanın bir neçə rayonuna qar yağıb

    21 May 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.