Xəbər Xətti

    Şarl Mişel üçtərəfli görüşdən sonra mətbuata açıqlama verdi – TAM MƏTN

    23 May 2022

    Aİ Şurasının prezidenti: “İyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik”

    23 May 2022

    “Sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəlinib”

    23 May 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Şarl Mişel üçtərəfli görüşdən sonra mətbuata açıqlama verdi – TAM MƏTN

      23 May 2022

      Aİ Şurasının prezidenti: “İyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik”

      23 May 2022

      “Sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəlinib”

      23 May 2022

      “YouTube”dan 9000-dən çox kanal silindi

      23 May 2022

      Brüsseldə sərhədlərin delimitasiyası məsələsi müzakirə edilib

      23 May 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Manşet»Rusiya üçün “Pirr qələbəsi” və Karfagenin AQİBƏTİ: “Qərb üçün bu məsələ Ukrayna ilə məhdudlaşmır” – ŞƏRH
    Manşet

    Rusiya üçün “Pirr qələbəsi” və Karfagenin AQİBƏTİ: “Qərb üçün bu məsələ Ukrayna ilə məhdudlaşmır” – ŞƏRH

    27 Yanvar 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Reklam: High Technic

    “Zamanla Ukraynanın silahlandırılması elə bir səviyyəyə çatar ki, Moskvanın hərbi təzyiq metodundan istifadəsi onun özü üçün ciddi risk yarada bilər”.

    Bu fikirləri Rusiyanın mövcud aqressiv davranışları fonunda Qərbin 1938-ci ildə imzalanan və nasist Almaniyanı daha da şirnikləndirən Münhen razılaşması ərəfəsində sərgilədiyi mövqeni təkrarladığını qeyd edən politoloq Zaur İbrahimli “Xəbər Xətti”-a açıqlamasında deyib.

    Politoloqun fikrincə, Ukrayna ətrafında gərginliyi şərtləndirən səbəblər elə vəziyyət yaradıb ki, artıq həll yolu çıxış variantı deyil və tərəflərdən birinin ciddi güzəştə getməsi orta perspektivdə müharibənin qarşısını ala bilər:
    “Həqiqətən də, indi Qərblə Rusiya arasında artmaqda olan gərginlik 1938-ci il Münhen razılaşması ərəfəsindəki vəziyyəti xatırladır. O vaxt Böyük Britaniya başda olmaqla, Fransa və ABŞ Adolf Hitlerin tələblərinə güzəştə gedərək Çexoslavakiyanın bir vilayətinin Almaniyaya verilməsinə, həmçinin Polşa və Macarıstanın da ərazilər almasına razılıq verdilər. Münhen razılaşması dünya müharibəsinin qarşısını almaq üçün düşünülmüşdü, ancaq tam əksinə oldu.
    Nəticədə Hitler gücləndi və daha da iddialı oldu. Görünür, hazırda Vaşinqton bu səhvi təkrarlamaq istəmir. Çünki bu yalnız Ukrayna deyil, həm də Çin-Tayvan, İran-Suriya, Liviya məsələsidir. Bayden isə Obamanın Suriyadakı zəifliyini göstərmək istəmir. Həmçinin kiçik Buşun da 2008-ci ildə Gürcüstanda məğlubiyyətinin əvəzini çıxmaq niyyəti var. Putin isə Stalinin Avropanı Şərqə və Qərbə bölünməsi konsepsiyasında israr edir. Düşünürəm ki, bu dəfə Kremlin şiddətlənən mübarizədən qalib çıxması ehtimalı azdır.
    Ukraynanın Rusiyanın təzyiqi ilə imzaladığı Minsk sazişi 1998-ci ildə Qarabağ nizamlanması ilə əlaqədar Azərbaycana təklif edilən “Ümumi dövlət” prinsipinin bənzəridir. Minsk sazişinə görə, Donetsk və Luqansk vilayətləri Ukraynanın tərkibində xüsusi status almalıdır. Kiyev onlarla birbaşa danışıqlar aparmalı, Ukrayna fedarativ dövlətə çevrilməlidir. Zelenski Putinlə Minsk sazişinin korreksiya edilməsi ilə əlaqədar dil tapmaq istəsə də, Rusiya prezidenti sərt mövqe tutdu. ABŞ və Böyük Britaniya bu mövqeyə Ukraynaya silah tədarükünün artırılması ilə cavab verildi. Həmçinin ABŞ-nin Şərqi Avropada, o cümlədən, Qara və Aralıq dənizləri bölgəsində hərbi iştirakı genişləndirildi.
    Rusiya əvvəlcə Ukrayna ilə sərhəddə ordu toplamağa başladı, bunun təsirli vasitə olmadığını gördükdə isə, ABŞ və NATO-ya təhlükəsizlik təminatları ilə bağlı müraciət etdi. De-fakto Rusiyanın özünün müəyyən etdiyi “qırmızı xətt”lərinin tanınması şərtini irəli sürdü. ABŞ danışıqlarla bərabər, faktiki olaraq Rusiya əleyhinə koalisiya yaratdı, Ukraynanın silahlandırılmasını intensivləşdirdi, NATO-nu səfərbər etdi və Moskvaya qarşı mümkün qədər sərt sanksiyalar layihəsi hazırladı.
    Tərəflərin bu cür sərt mövqelərini şərtləndirən ciddi amillər var. Bunlardan biri zaman amilidir. Zaman keçdikcə prezident Baydenin xarici siyasətlə bağlı ciddi qərarlar qəbul etmək imkanları zəifləyir. Bu, aralıq seçkilər, daxili siyasi vəziyyət, Çinlə rəqabət amili və NATO-dakı mərkəzdənqaçma meylləridir. Eyni zamanda, prezident Zelenskinin də müddəti daralır və ilhaq olunmuş bölgələrlə bağlı qərarların verilməsini gecikdirə bilmir. Ona həm Rusiya, həm də daxildən ciddi təzyiqlər var. Növbəti seçkilərdə Ukraynada Qərbyönümlü namizədin qalib gələcəyi də sual altındadır. İlhaq olunmuş ərazilərlə bağlı ən azı seçkilərə bir il qalmış qərarlar verilməlidir. Rusiya üçün də zaman amili hamısından vacibdir. Zamanla Ukraynanın silahlandırılması elə bir səviyyəyə çatar ki, Moskvanın hərbi təzyiq metodundan istifadəsi onun özü üçün ciddi risk yarada bilər.
    Bundan başqa, Bayden həm fiziki ömrünün, həm də siyasi karyerasının zirvəsindədir və onun üçün perspektiv baxımdan çətin qərarlar vermək asandır. O da nəzərə alınmalıdır ki, bu qərarların verilməsi müddətinin uzadılması da risklər yaradır. Mövcud gərginlik bu səbəblər kombinasiyası ilə şərtlənir. Bu səbəblər elə vəziyyət yaradıb ki, arlıq həll yolu çıxış variantı deyil, tərəflərdən birinin ciddi güzəştə getməsi orta perspektivdə müharibənin qarşısını ala bilər.
    Dünən Parisdə Minsk sazişi ilə əlaqədar Ukrayna, Fransa, Almaniya və Rusiya nümayəndələrinin danışıqları baş tutub. Görünən budur ki, ortada ciddi razılaşma yoxdur. İki həftə sonra danışıqlar yenidən davam etdiriləcək. Amma nəticə üçün tərəflərdən biri ciddi güzəştə getməlidir. Rusiya güzəştə getmək istəmir, Zelenski isə gedə bilməz. Ancaq yenə də seçim Moskvanındır və əgər belə davam etsə, Ukrayna separatçılara qarşı hərbi əməliyyatlara başlayacaq. Hələ ki, Baydenin dəstək vermək imkanı var, Ukrayna üçün bu fürsət qüvvədə qalır. Rusiyanın geri addım atmayacağı təqdirdə, hərbi əməliyyatlara başlamaq Zelenski üçün yeganə xilas yolu ola bilər. Rusiya üçün indiki şəraitdə kollektiv Qərbin qarşısında duruş gətirmək çətin görünür. Rusiya hərbdə qalib gələ bilər, amma bu, “Pirr qələbəsi” olacaq və rusları sonda Karfagenin taleyi gözləyə bilər”.
    A.Zeynalov

    www.Xeberxetti.com

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Zelenskidən çox ciddi KRİZ XƏBƏRDARLIĞI: Savaşı bir kənara qoyub, həyəcanverici xəbəri paylaşdı

    23 May 2022

    Brüsseldə üçtərəfli görüş BAŞLADI – FOTO

    22 May 2022

    SON DƏQİQƏ! Yüksək rütbəli komandir belə öldürüldü – Təhlükəli mesaj / TƏFƏRRÜAT – FOTOLAR 14+

    22 May 2022

    Rusiya-Ukrayna savaşının 87-ci GÜNÜ: Artan hərbi güc qarşısında Kreml necə davranacaq? – TƏHLİL

    22 May 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Şarl Mişel üçtərəfli görüşdən sonra mətbuata açıqlama verdi – TAM MƏTN

    23 May 2022

    Aİ Şurasının prezidenti: “İyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik”

    23 May 2022

    “Sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəlinib”

    23 May 2022

    “YouTube”dan 9000-dən çox kanal silindi

    23 May 2022

    Brüsseldə sərhədlərin delimitasiyası məsələsi müzakirə edilib

    23 May 2022

    Dünyada COVID-ə yoluxma iki dəfə artıb

    23 May 2022

    Prezidentin Şarl Mişel və Nikol Paşinyanla üçtərəfli görüşü olub – YENİLƏNİB

    23 May 2022

    Şarl Mişel və İlham Əliyev səmimi söhbət ediblər – FOTOLAR

    23 May 2022

    Zelenskidən çox ciddi KRİZ XƏBƏRDARLIĞI: Savaşı bir kənara qoyub, həyəcanverici xəbəri paylaşdı

    23 May 2022

    Estoniya parlamentinin spikeri Bakıda- FOTO

    23 May 2022

    15 ildən sonra ilk: Çavuşoğlu İsrailə gedəcək

    23 May 2022

    23&nbspMay202201:23İraq sakinlərinə xəbərdarlıq: Məktəblər bağlandı, uçuşlar dayandırıldı

    23 May 2022

    Rusiya Nikolayevi kasetli bombalarla atəşə tutub

    23 May 2022

    “Bizi müharibə də ayıra bilməz” – Zelenskinin xanımı

    23 May 2022

    Mingəçevirdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub

    22 May 2022

    Röya Gəncədə əsgərlər üçün konsert verdi – VİDEO

    22 May 2022

    Əfqanıstanda aparıcılar efirə üzü qapalı çıxdılar – FOTO

    22 May 2022

    Brüsseldə üçtərəfli görüş BAŞLADI – FOTO

    22 May 2022

    SON DƏQİQƏ! Yüksək rütbəli komandir belə öldürüldü – Təhlükəli mesaj / TƏFƏRRÜAT – FOTOLAR 14+

    22 May 2022

    “Milan” 11 illik fasilədən sonra çempion oldu

    22 May 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.