Xəbər Xətti

    Oxu.az – Təzə çiyələklərin gözlənilməz xüsusiyyətləri açıqlanıb

    21 May 2022

    ÜST: Yeni virus xəstəliyin endemik hesab edildiyi ölkələrə səyahətlə əlaqəli deyil

    21 May 2022

    Oxu.az – 36 saat yelləncəkdə yellənib Ginnesin Rekordlar kitabına düşdü

    21 May 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Oxu.az – Təzə çiyələklərin gözlənilməz xüsusiyyətləri açıqlanıb

      21 May 2022

      ÜST: Yeni virus xəstəliyin endemik hesab edildiyi ölkələrə səyahətlə əlaqəli deyil

      21 May 2022

      Oxu.az – 36 saat yelləncəkdə yellənib Ginnesin Rekordlar kitabına düşdü

      21 May 2022

      QHT-dövlət münasibətlərinə həsr olunmuş Respublika zona konfransı keçirilib

      21 May 2022

      “”Azovstal” ərazisi tam təmizlənib – Rusiya MN

      21 May 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Fakt»“ABŞ-ın hədəfi Rusiya iqtisadiyyatıdır” – Ekspert
    Fakt

    “ABŞ-ın hədəfi Rusiya iqtisadiyyatıdır” – Ekspert

    27 Yanvar 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Ukrayna ətrafında yaranan gərginlik Rusiya iqtisadiyyatına mənfi təsirlərini göstərməyə başlayıb. Geosiyasi səbəblərdən Qərb investroları bir-birinin ardınca Rusiyadan üz döndərir, maliyyə institutları ciddi nəticələrə səbəb olacaq qərarlar verirlər.
    Məsələn, Amerikanın nəhəng banklarından biri, 2,6 trilyon dollarlıq aktivləri yönəldən “JPMorgan Chase” artıq rublla işləməkdən imtina edib və müştərilərini də Rusiya iqtisadiyyatına yatırımlar qoymaqdan çəkinməyə çağırıb. Çünki bankın strateqlərinə görə, Ukrayna ilə bağlı yaranan vəziyyətin necə bitəcəyini proqnozlaşdırmaq olmur. İqtisadiyyat elmləri doktoru, professor Əlibala Məhərrəmzadə xatırladır ki, Moskva NATO-dan yazılı zəmanət tələb edəndən sonra, yəni yanvarın ortalarından başlayaraq, fond bazarında da çöküş başlayıb. “Forbes”in məlumatına görə, bu səbəbdən Rusiyanın ən zəngin 104 insanı artıq $28 milyard itiriblər. – Düzdür, son günlərdə fond indekslərində müəyyən bərpa cəhdi görürük, amma 6-8 faizlik enişdən sonra bu, nikbinlik üçün hələ çox azdır. Hazırkı artım cəhdi treyderlərin “ölü pişiyin sıçrayışı” dedikləri korreksiyaya daha çox bənzəyir,- ekspert əlavə edib. Onun sözlərinə görə, təkcə bu ay rubl azı 5% ucuzlaşıb. Neftin yüksək qiymətlərinə baxmayaraq, rublun belə ucuzlaşması çox ciddi siqnaldır. Bu, inkişaf etməkdə olan ölkələrin arasında ən böyük infliyasiya göstəricisidir. Artıq Rusiyanın Mərkəzi Bankı valyuta almağı dayandırdığını rəsmən elan edib. – İlkin dəyərləndirmələrə görə, Ukayna ətrafında gərginliyin yeni fazası başlayandan bəri xarici investorlar Rusiyadan 6-7 milyard dollarlıq vəsaiti geri çəkiblər,- deyən professorun sözlərinə görə, Beynəlxalq Valyuta Fondu 2022-ci ildə Rusiya iqtisadiyyatının inkişafı ilə bağlı proqnozlarını azaldaraq, 2,8%-ə salıb. Halbuki, dünya iqtisadiyyatı üçün ümumi orta proqnoz 4,4%-dir. Nümunə üçün qeyd edək ki, Amerika iqtisadiyyatında bu il 4, Avropa ölkələrində təxminən 3% artım gözlənilir. “Əgər Ukrayna ətrafında gərginlik səngiməzsə, qara günlər hələ qabaqdadır. ABŞ açıq şəkildə bildirir ki, Ukraynada hərbi əməliyyatlar başlayarsa, Rusiyaya indiyə qədər görünməmiş sanksiyalar tətbiq ediləcək. Ötən həftə respublikaçı konqressmen Cim Benks Rusiyaya qarşı mümkün cəzaları, o cümlədən, onun SWIFT sistemindən kənarlaşdırılmasını nəzərdə tutan qanun layihəsini konqresə təqdim etdi. Bu, iqtisadiyyatda xaosu daha da artıra bilər”,- Ə.Məhərrəmzadə bildirib. Onun fikrincə, görünən budur ki, hazırda Qərbin informasiya müharibəsində əsas hədəf Rusiyanın məhz iqtisadiyyatıdır: “ABŞ-ın Ukrayna ilə bağlı siyasətini təhlil edən Robert Blekvill və Cenifer Harris birlikdə yazdıqları “Başqa vasitələrlə müharibə” kitabında belə bir fikir irəli sürmüşdülər ki, Vaşinqton əsas diqqəti hərbi-siyasi yox, məhz iqtisadi mübarizəyə yönəltməlidir. Çünki əvvəllər – XX əsrin ortalarına qədər Amerika öz məqsədlərinə həmişə geoiqtisadi vasitələrlə nail olub. Sadə dillə desək, pulla. Bu, onun xarakterinə daha uyğundur. Son 70 ili çıxmaqla, geoiqtisadiyyat həmişə Amerikanın bir nömrəli “silahı” olub və bu “silah” yenidən tətbiq edilməlidir. Çünki təcrübə göstərir ki, puldan hərbə keçəndən bəri Amerikanın xarici siyasəti əvvəlki kimi uğurlu ola bilmir. Kitab 2016-cı ildə yazılıb və orada 2014-cü ilin Rusiya-Ukrayna gərginliyi zamanı ABŞ-ın niyə aciz vəziyyətdə qalması geniş təhlil olunur. Müəliflərin gəldiyi nəticə budur: Amerika Ukrayna məsələsində Rusiyaya qalib gəlmək istəyirsə, hərbi yox, geoiqtisadi vasitələri qabağa verməlidir”. Ekspertin fikrincə, hazırda bu ideya tətbiq olunur. ABŞ real döyüşə girmədən informasiya müharibəsi ilə Rusiya iqtisadiyyatana zərbələr endirir. Və Rusiya iqtisadiyyatının müdafiə olunmaq üçün əlində heç bir vasitəsi yoxdur. Yeganə silah Avropanı “qaz dəyənəyi” ilə hədələməkdir, amma bu da artıq əvvəlki kimi effekt vermir. – Ukrayna ətrafında gərginlik davam etdikcə, böhran da dərinləşəcək. Britaniya da ABŞ-ın sanksiyalarına qoşulacağını açıqlayıb. İnvestorlar riski sevmirlər. Hər belə açıqlamadan sonra risklər artdığı üçün daha çox vəsait Rusiyadan geri çəkilir. Nəticədə rubl ucuzlaşır və bu, dünyadakı qlobal infliyasiyanın, bahalaşma dalğasının, “Omikron” riskinin fonunda baş verdiyindən, nəticəsi daha ağır olacaq. Rusiya iqtsadiyyatı digərlərilə müqayisədə 3 dəfə artıq risklə yüklənib və bunu qaldırmaq iqtidarında deyil. Yeganə yol Ukrayna ətrafında mümkün qədər tez anlaşmaya nail olmaqdır,- Ə.Məhərrəmzadə vurğulayıb.

    Teqlər:

    Hibrid-müharibə
     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    QHT-dövlət münasibətlərinə həsr olunmuş Respublika zona konfransı keçirilib

    21 May 2022

    “”Azovstal” ərazisi tam təmizlənib – Rusiya MN

    21 May 2022

    ABŞ Ukraynaya “Patriot” raket sistemləri verəcək

    21 May 2022

    Yeni virusu kimlər daha ağır keçirdə bilər? – ÜST açıqladı

    21 May 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Oxu.az – Təzə çiyələklərin gözlənilməz xüsusiyyətləri açıqlanıb

    21 May 2022

    ÜST: Yeni virus xəstəliyin endemik hesab edildiyi ölkələrə səyahətlə əlaqəli deyil

    21 May 2022

    Oxu.az – 36 saat yelləncəkdə yellənib Ginnesin Rekordlar kitabına düşdü

    21 May 2022

    QHT-dövlət münasibətlərinə həsr olunmuş Respublika zona konfransı keçirilib

    21 May 2022

    “”Azovstal” ərazisi tam təmizlənib – Rusiya MN

    21 May 2022

    ABŞ Ukraynaya “Patriot” raket sistemləri verəcək

    21 May 2022

    Yeni virusu kimlər daha ağır keçirdə bilər? – ÜST açıqladı

    21 May 2022

    “3+3 problemli formatdır” – Gürcüstanın Baş Qərargah rəisinin keçmiş müavini (Eksklüziv+Video)

    21 May 2022

    Daha bir ölkədə “Meymun çiçəyi” aşkarlandı

    21 May 2022

    Oxu.az – Xoşqədəm məhkəməyə VERİLDİ

    21 May 2022

    Zelenski ilk dəfə Azovstalda baş verənlərdən danışdı: “Çoxlu pilot öldü”

    21 May 2022

    Baş Prokurorluq Qazaxda “Media və hüquqi maarifləndirmə” adlı konfrans keçirib

    21 May 2022

    G7 ölkələri Ukraynaya 19,8 milyard dollar ayıracaq

    21 May 2022

    Niderlandda meymun çiçəyi virusuna yoluxma faktı aşkarlanıb

    21 May 2022

    “Meymun çiçəyi” virusu İsraildə

    21 May 2022

    Qadir İbrahimli dəfn edildi

    21 May 2022

    ABŞ prezidenti İlham Əliyevi təbrik edib

    21 May 2022

    ABŞ Azərbaycanla Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə kömək etməyə hazırdır”

    21 May 2022

    Bu il qanunsuz ağac kəsimi ilə bağlı 124 iş hüquq-mühafizə orqanlarına təqdim olunub

    21 May 2022

    Almaniyada baha benzinə görə fermer işə atla gedir

    20 May 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.