“İsveç hazırda NATO-ya üzvlük üçün müraciət etmək niyyətində deyil və bu məsələyə baxmır”.
Xeberxetti.com xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ann Linde deyib. “Əslində bizim NATO-ya üzvlük üçün müraciət etmək niyyətimiz yoxdur. Bu məsələyə indi baxılmır”, o, jurnalistlərə bildirib. Onun sözlərinə görə, İsveç Ukraynaya silah ixrac etmək niyyətində deyil: “Bizdə silahların ixracı ilə bağlı çox sərt qaydalar var. Ancaq biz Ukraynanı bir çox cəhətdən dəstəkləyirik”. Xeberxetti.com
Teqlər:
İsveç