“Ermənistan parlamentli idarə formasından imtina etməmlidir”.
Xeberxetti.com -ın xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. “Dəyişikliklər edə bilərdik və böyük ehtimalla prezident seçkilərində qalib gələrdim. Amma mən bunun əleyhinə çıxdım, çünki parlament sistemi yeni idi və ona şans vermək lazım idi. Siz konstitusiyanı hər zaman dəyişdirə bilməzsiniz. Bu yaxşı deyil. Keçmişə nəzər salanda başa düşürəm ki, biz dəyişikliklər etsəydik və parlament sistemində olmasaydıq, siyasi böhrandan çıxa bilməyəcəkdik. Seçkilər Ermənistan tarixində ilk dəfə olaraq böhranın həllinə gətirib çıxardı. Deməli, mənim fikrim dəyişməz olaraq qalır – bizə hakimiyyət sistemini dəyişməyə ehtiyac yoxdur”-deyə, Paşinyan bildirib. Ermənistan 2018-ci il aprelin 9-dan – prezident Armen Sarkisyan vəzifəyə gəldiyi gündən yarı-prezident idarəetmə formasından parlament idarəetmə formasına keçib. Prezident dövlət başçısıdır, Konstitusiyaya əməl olunmasına nəzarət edir, Milli Məclisə növbədənkənar seçkilər təyin edir, hökumətin istefasını qəbul edir. İlkin Nəcəfzadə Xeberxetti.com Teqlər:
Ermənistan
Bənzər yazılar
Add A Comment