Xeberxetti.com xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma keçirilib.
Antalyaspor – Qaziantep və Hatayspor – Rizəspor matçlarında qapılara qol vurulmayıb. Kasımpaşa Kayserisporla ev oyunundan, Alanyaspor isə Girəsunsporla səfər matçından inamlı qələbə ilə ayrılıb.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış Konyaspor səfərdə Altayı minimal hesabla üstələyib. Turun mərkəzi görüşü İstanbulda keçirilib. Lider Trabzonspor son turlarda uğursuz çıxış edən Qalatasarayın qonağı olub. Üç qolun qeydə alındığı matç trabzonluların əzmkar qələbəsiylə yekunlaşıb.