Türkiyə Super Liqasının XXIII turunda “Qalatasaray”la “Trabzonspor” qarşılaşıb.
“Xəbər Xətti” apasport.az-a istinadən bildirir ki, uğursuz mövsüm keçirən İstanbul klubu çempionatın liderini öz meydanında qəbul edib.
31-ci dəqiqədə Çiçaldaunun vurduğu penalti “Qalatasaray”a üstünlük qazandırıb. Lakin istanbullular bu üstünlüyü qoruya bilməyib.
Çempionatın lideri nəinki məğlubiyyətdən qaça bilib, hətta qələbə qazanıb. Anastasios Bakasetas 84-cü, Edin Viskanın 90-cı dəqiqədə vurduğu qollar “Trabzonspor”a üç xal qazandırıb.
Bu qələbədən sonra xal hesabını 54-ə yüksəldən “Trabzonspor” çempionatın lideridir. Aktivində 27 xal olan istanbullular 15-ci pillədə qərarlaşıb.
(function () {
window._ttzi = 170;
var adv_170_iad = document.createElement(“script”);
adv_170_iad.src = “https://adviad.com/nativevideo/get_ads.js?=” + (Math.floor(Math.random() * 100000000) + 1);
adv_170_iad.async = true;
(document.body || document.head || document.documentElement).appendChild(adv_170_iad);
adv_170_iad.onload = function () {
adv_170_iad.parentNode.removeChild(adv_170_iad);
}
})();
Qeyd edək ki, trabzonluların ən yaxın izləyicisi “Konyaspor” bir oyun az keçirib və 9 xal geridədir.
“Xəbər Xətti”
Mənbə
xeberxetti.com