Xəbər Xətti

    Paşinyan bu görüntülərinə görə məsxərəyə qoyuldu – VİDEO

    05 İyul 2022

    UNESKO Ukraynaya missiya göndərəcək

    05 İyul 2022

    Mədə xəstəliklərinin əsas səbəbləri açıqlanıb

    05 İyul 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Paşinyan bu görüntülərinə görə məsxərəyə qoyuldu – VİDEO

      05 İyul 2022

      UNESKO Ukraynaya missiya göndərəcək

      05 İyul 2022

      Mədə xəstəliklərinin əsas səbəbləri açıqlanıb

      05 İyul 2022

      Yevlaxda TENDER OYUNBAZLIĞI… – 8 gün əvvəl yaranan şirkət qalib oldu

      05 İyul 2022

      Vilayət Eyvazovdan yeni təyinat

      05 İyul 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Manşet»ATU-nun şöbə müdiri: “Peşəkar tibbi briqada qısa müddətdə xəstənin ünvanına çatır”
    Manşet

    ATU-nun şöbə müdiri: “Peşəkar tibbi briqada qısa müddətdə xəstənin ünvanına çatır”

    14 Yanvar 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp
    “Əməkdaşlarımız xaricdə beynəlxalq təlimlərdə iştirak edib, müxtəlif treninqlərin sertifikatları ilə təltif olunub”.
    Son illər təcili tibbi yardım xidmətləri bütün dünyada olduğu kimi, ölkəmizdə də sürətlə inkişaf etməkdədir. Azərbaycan Tibb Universitetində aparılan islahatlar, davamlı təhsil sistemi və məqsədyönlü ixtisaslaşma bu xidmət sahəsinin də əsasını təşkil edir.
    Aztibb.az xəbər verir ki, təcili tibbi yardım sahəsində hazırki vəziyyət, işin təşkili, əsas prinsiplər barədə ATU-nun Tədris Terapevtik Klinikasının Qəbul və təcili tibbi yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov məlumat verib:
    “Şöbəmizdə yaradılan tibbi xidmət şəraiti klinikadakı digər şöbələrlə paralel olaraq əhalimizin sağlamlığının keşiyindədir. Burada çalışan yüksək ixtisaslı tibbi heyət ölkəmizin istənilən nöqtəsindən müraciət edən hər bir xəstəyə operativ şəkildə ilkin, sonrakı mərhələdə isə xəstəxana daxilində hərtərəfli tibbi yardım göstərməyə qadirdir”.
    Şöbənin necə işləməsindən bəhs edən həkim söyləyib ki, çağırış olan zaman həkim briqadası canlı telefon konsultasiyasından sonra xəstəyə müvafiq yardım strategiyasını müəyyənləşdirir:
    “Qeyd edim ki, burada hər gün 24 saat koordinasiya xidməti fəaliyyət göstərir. Şöbəmiz və ambulanslarımız ən son tibbi avadanlıqlarla təchiz olunub. Vətəndaşlarımız 973 nömrəsini yığmaqla bizim tibbi təhsilli, o cümlədən bir neçə xarici dili bilən koordinatorumuzla əlaqə saxlayır və müraciət qəbul olunduqdan sonra professional tibbi briqada – həkim, tibb bacısı, sürücü (paramedik) qısa müddətdə xəstənin ünvanına çatır”.
    Şöbə müdirinin sözlərinə görə, burada fəaliyyət göstərən əməkdaşlar xaricdə beynəlxalq təlimlərdə iştirak edib:
    “Qəbul və təcili tibbi yardım şöbəsindəki həkimlərin əksəriyyəti BLS, ATLS, ACLS, PHTLS treninqlərinin sertifikatları ilə təltif olunub. Bundan əlavə, şöbənin tibbi personalı xəstəxananın digər bölmələrində də praktiki təcrübə keçib.
    Şöbəmiz öz-özlüyündə kiçik bir xəstəxana – ambulatoriyaya bənzəyir. Burada dünya standartlarına uyğun, ən müasir avadanlıqlarla təchiz olunmuş reanimasiya, xəstələri çeşidləmə, müayinə və müşahidə otaqları, hətta izolyator var. Xəstə klinikaya daxil olan kimi, ona şöbədə bütün növ ilkin və təxirəsalınmaz tibbi yardım göstərilir. Xəstənin vəziyyəti tam stabilləşəndən sonra şöbənin müşahidə otağına və yaxud digər bölmələrə keçirilir”.
    C.Məhərrəmov onu da qeyd edib ki, hazırki pandemiya şərtlərinə əsasən, daxil olan xəstələr hələ ambulansda olarkən test müayinəsi aparılır. Nəticə “neqativ” olduğu təqdirdə, xəstə şöbəyə yerləşdirilir. Burada, həmçinin planlı şəkildə xəstələrin müayinəsi, ceşidlənməsi, o cümlədən ambulator müalicəsi və ehtiyac yarandıqda, müvafiq şöbələrdə yatışı da həyata keçirilir.
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Bir yandan bahalıq, bir yandan məmur özbaşınalığı: Əhalini boğaza yığanların yeni oyunları – Səxavət Məmməd yazır

    04 İyul 2022

    “1 dəqiqədə Xəbər Çağı” – Günün əsas xəbərləri 60 saniyədə – VİDEO

    04 İyul 2022

    “Qazilərimizi intihara sövq edən səbəblərin aradan qaldırılması üçün…” – AKTUAL ŞƏRH

    04 İyul 2022

    Rusiya-Ukrayna savaşının 130-cu GÜNÜ: Lisiçanskdan sonra hədəf haradır? – TƏHLİL

    04 İyul 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    UNESKO Ukraynaya missiya göndərəcək

    05 İyul 2022

    Mədə xəstəliklərinin əsas səbəbləri açıqlanıb

    05 İyul 2022

    Vilayət Eyvazovdan yeni təyinat

    05 İyul 2022

    Sabahın hava proqnozu açıqlanıb

    05 İyul 2022

    Sərhədi pozan İran vətəndaşları saxlanılıb

    05 İyul 2022

    Xəzər dənizinin öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin yaradılması təklif edilir

    05 İyul 2022

    Azərbaycanda ilk dəfə yaranan milli parklar: Bu gün giriş pulsuzdur

    05 İyul 2022

    İrəvanda aksiya: “Bizi unutdurur, “qaçqın” statusu vermək istəmirlər”

    05 İyul 2022

    İşğaldan azad edilmiş kənddə yanğın olub

    05 İyul 2022

    Əli Həsənova bağlı olan daha iki şirkət ləğv olunur

    05 İyul 2022

    Baş Prokurorluq: “161-Qaynar xətt” mərkəzi ödənişsizdir”

    05 İyul 2022

    Zaqatalada itən turistlə bağlı YENİ FAKT: bundan əvvəl də yoxa çıxıbmış…

    05 İyul 2022

    Yeddi il əvvəl ölən adam “radara düşdü” – VİDEO

    05 İyul 2022

    Dünənki qəzalarda 5 nəfər ölüb

    05 İyul 2022

    Ukraynada raket zərbələri nəticəsində azərbaycanlı ailə həlak olub

    05 İyul 2022

    İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlandı

    05 İyul 2022

    Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlandı

    05 İyul 2022

    Bakıda stilisti öldürən HAKİM QARŞISINDA

    05 İyul 2022

    Ağcabədi sakini tüfənglə atı vuraraq öldürüb

    05 İyul 2022

    Bakıda İrəvanla bağlı kitabın təqdimatı keçirilir

    05 İyul 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.