Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin prezidentləri ilə telefonla danışıb.
Xeberxetti.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Azərbaycan Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və Özbəkistan Prezidenti Şövkət Mirziyoyevlə danışıb.Ərdoğan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşündə Qazaxıstanda baş verənləri yaxından izlədiklərini və Qazaxıstanla həmrəy olduqlarını bildirib. Türkiyə Prezidenti Qazaxıstanda yeni hökumətin tez bir zamanda qurulmasını və gərginliyin qısa zamanda bitməsini arzuladığını qeyd edib. Söhbət zamanı Qazaxıstanda baş verən son hadisələr müzakirə edilib. Xeberxetti.com
Teqlər:
Türkiyə
Qazaxıstan