Xəbər Xətti

    Mikroavtobus su kanalına düşüb: 7 NƏFƏR YARALANDI

    16 Avqust 2022

    Bakıda 92 avtobusun hərəkət intervalında gecikmələr var

    16 Avqust 2022

    Avstraliyadakı Azərbaycan icması erməni lobbisinin qanunsuz hərəkətlərinə etiraz edib

    16 Avqust 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Mikroavtobus su kanalına düşüb: 7 NƏFƏR YARALANDI

      16 Avqust 2022

      Bakıda 92 avtobusun hərəkət intervalında gecikmələr var

      16 Avqust 2022

      Avstraliyadakı Azərbaycan icması erməni lobbisinin qanunsuz hərəkətlərinə etiraz edib

      16 Avqust 2022

      Son bir həftədə daha 1300-dən çox müharibə əlilinə birdəfəlik ödəmə təyin edilib

      16 Avqust 2022

      İsveçrə şokolad istehsalçısı “Lindt” Rusiyanı tərk edir

      16 Avqust 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Kateqoriyasız»Prezident SƏRƏNCAM İMZALADI – Xəbər Xətti
    Kateqoriyasız

    Prezident SƏRƏNCAM İMZALADI – Xəbər Xətti

    05 Yanvar 2022Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

    Xəbər Xətti  xəbər verir ki, sərəncamda deyilir:

    “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

    Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.

    Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

    Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

    Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.

    Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.

    Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.

    Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

    Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni- mənəvi dəyərini nəzərə alaraq qərara alıram:

    1. 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

    Mənbə
    xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Avropa İttifaqı 8 erməninin qaytarılmasını alqışladı

    07 Fevral 2022

    Bu qurum DİN-ə verildi – Xəbər Xətti

    07 Fevral 2022

    Prezidentdən fərman: BNA BŞİH-ə verildi

    07 Fevral 2022

    Feyziyev peşman oldu, istefa verdi – Son dəqiqə

    07 Fevral 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Avstraliyadakı Azərbaycan icması erməni lobbisinin qanunsuz hərəkətlərinə etiraz edib

    16 Avqust 2022

    Son bir həftədə daha 1300-dən çox müharibə əlilinə birdəfəlik ödəmə təyin edilib

    16 Avqust 2022

    “Dəniz kuboku” müsabiqəsində “Üzən mina hədəfinə atış” çalışması yerinə yetirilib

    16 Avqust 2022

    Oxu.az – “Dəniz kuboku” müsabiqəsində komandalar “Üzən mina hədəfinə atış” çalışmasını yerinə yetiriblər

    16 Avqust 2022

    92 avtobusun hərəkət intervalında gecikmələr var

    16 Avqust 2022

    Məleykə Abbaszadə: “I qrup üzrə keçid balları artacaq”

    16 Avqust 2022

    Prokurorluq 24 il əvvəl güllələnmiş şəxsin iddialarına münasibət bildirib

    16 Avqust 2022

    Prokurorluqdan 24 il əvvəl güllələnmiş şəxsin iddialarına münasibət

    16 Avqust 2022

    II qrupda 150 baldan yuxarı nəticə göstərən 9800 nəfər ixtisas seçiminə buraxılıb

    16 Avqust 2022

    İran hərbçiləri azad edilmiş ərazilərdə

    16 Avqust 2022

    MSK-nın yeni strukturu məlum olub

    16 Avqust 2022

    III qrupda dövlət sifarişi üzrə plan yerlərinin sayı artırılıb

    16 Avqust 2022

    Oxu.az – İran hərbi nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri təşkil olunub

    16 Avqust 2022

    Goranboyun Qızılhacılısında su faciəsi və ya “əjdaha”nın artezian iştahası

    16 Avqust 2022

    20 milyon insan ifrat yoxsulluqla üzləşə bilər

    16 Avqust 2022

    İstehlaka yararsız dondurmalar məhv edilib

    16 Avqust 2022

    28 yaşlı xanım prokuror vəfat etdi

    16 Avqust 2022

    Ermənilərin Laçın və Xocalıda törətdiyi yanğınlarla bağlı cinayət işi başlanılıb

    16 Avqust 2022

    “Qarabağ”ın səfər oyununun biletləri iki saata satıldı

    16 Avqust 2022

    Videosu yayılan FHN polkovniki hansı sabiq nazirin qohumudur? – DOSYE

    16 Avqust 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.