Xəbər Xətti

    Moskvada küçələr çaya döndü – VİDEO

    06 İyul 2022

    Bakıda 2 nəfəri avtomobil vurub

    06 İyul 2022

    Bakıda avtomobil motosikletçini vuraraq xəsarət yetirib

    06 İyul 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Moskvada küçələr çaya döndü – VİDEO

      06 İyul 2022

      Bakıda 2 nəfəri avtomobil vurub

      06 İyul 2022

      Bakıda avtomobil motosikletçini vuraraq xəsarət yetirib

      06 İyul 2022

      Danimarka İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib

      06 İyul 2022

      Tuba Büyüküstünün uşaqlıq fotoları yayıldı – VİDEO

      06 İyul 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Maraqlı»Sumqayıt Dövlət Universitetində Xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illik yubileyi qeyd edildi
    Maraqlı

    Sumqayıt Dövlət Universitetində Xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illik yubileyi qeyd edildi

    22 Dekabr 2021Updated:27 Dekabr 2021Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp
    Dekabrın 22-də Sumqayıt Dövlət Universitetində Xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr olunmuş “Ustad yazıçı –görkəmli folklorşünas” adlı konfrans keçirildi.
    Konfransda universitetin professor-müəllim, tələbə heyəti ilə yanaşı, yazıçının oğlu Turan İbrahimov, yazıçı-ssenarist Hafiz Ataxanlı, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin və Sumqayıt Mərkəzi Kitabxanasının əməkdaşları iştirak etdilər.
    Konfransı giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov açaraq, iştirakçılara rektor professor Elxan Hüseynovun salamını çatdırdı və görkəmli yazıçının zəngin yaradıcılığından bəhs etdi. Bildirdi ki, Xalq yazıçısı Əzizə Cəfərzadənin yaradıcılığının XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var. Onun ərsəyə gətirdiyi hər bir əsər vətənpərvərlik və qəhrəmanlıq duyğularının daşıyıcısı rolunu oynayıb. Həmin əsərlər bu gün də oxucuların mütaliə etdiyi ədəbiyyatlar sırasındadır. Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərib. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərləri həmişə elmi ictimaiyyətin marağına səbəb olub. Əzizə xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarıb. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin professoru kimi uzun illər Azərbaycanda elmi kadrların hazırlanması işinə layiqli töhfə verib.
    Konfransda Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Avtandil Məmmədov “Cəfakeş alim-pedaqoq”, həmin kafedranın müəllimi Günel Zeynallı “Əzizə Cəfərzadə və folklor”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Afət Rəfiyeva “Ədəbi şəxsiyyətlərin obrazı Əzizə Cəfərzadənin romanlarında”, Filologiya fakültəsinin IV kurs tələbəsi Leyla Ağayeva “Eşq sultanı romanında tarixilik və müasirlik”, Neft –qaz yataqlarının işlənməsi və texnika elmləri üzrə fəlsəfə doktoru Turan İbrahimov ( yazıçının oğlu) “Əzizə Cəfərzadə haqqında xatirələr” mövzularında çıxış etdilər. Əzizə Cəfərzadənin yaradıcılığından, müəllimlik fəaliyyətindən, gördüyü xeyriyyə işlərindən, daha çox yazıçılıq fəaliyyətindən söz açdılar. S.Ə.Şirvaniyə həsr olunmuş “Aləmdə səsim var mənim”, Nişat Şirvanidən bəhs edən “Vətənə qayıt”, M.Ə.Sabirlə A.Səhhətin dostluğundan danışan “Yad et məni” romanlarından ibarət trilogiyasından söhbət açan məruzəçilər bu kimi əsərləri Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan bədii nümunələr kimi qiymətləndirdilər.Bildirdilər ki,yubiley tədbirinin keçirilməsi Əzizə Cəfərzadənin timsalında yazıçılara ehtiramın təntənəsi, həm də azərbaycançılıq ideyalarının təbliği istiqamətində əhəmiyyətli və təqdirəlayiq bir hadisədir.
    Sonda görkəmli ədibin oğlu Turan İbrahimov yubiley tədbirinin təşkilinə görə SDU-nun rəhbərliyinə təşəkkür etdi. Turan İbrahimov Ə.Cəfərzadənin yaradıcılıq prosesi, şəxsi arxivində qorunan əlyazmaları, işıq üzü görən kitabları barədə məlumat verdi. O, yazıçının son əsəri olan “Eşq sultanı”nın diktafon vasitəsilə və öz səsi ilə yazıldığını diqqətə çatdırdı, görüş iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirdi.
    Turan İbahimov yazıçının bir çox kitablarını, eləcə də yeni nəşr olunan “Seçilmiş əsərləri”ndən ilk on iki cildi universitetin Elmi kitabxanasına hədiyyə etdi.
    Konfransda yazıçı-ssenarist Hafiz Ataxanlı, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Sumqayıt Mərkəzi Kitabxanasının əməkdaşı Nazxanım Cəfərova və digər iştirakçılar ədəbiyyatşünas alim Əzizə Cəfərzadə yaradıcılığı ilə bağlı maraqlı fikirlər söylədilər, onunla bağlı xatirələrini danışdılar.
    Daha sonra Əzizə Cəfərzadənin dəyərli fikirlərinin yer aldığı videoçarx nümayiş olundu.
    Konfrans zamanı Xalq yazıçısı Əzizə Cəfərzadənin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət slayd izlənildi.
    Xalq yazıçısı Əzizə Cəfərzadənin əsərlərindən təşkil olunmuş sərgi təşkil olundu.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Qubada daşı daş üstə qalmayan tarixi məscid – VİDEO

    05 İyul 2022

    “90 dəqiqəlik oyunun 47-ci dəqiqəsi”: Elnur Əşrəfoğluna həsr edilmiş film təqdim olunub – VİDEO

    02 İyul 2022

    Dəhşətli qəzada ölən Orxanla Sona tələbə imiş… – FOTO

    02 İyul 2022

    Bu gün Bakılılar Günüdür

    01 İyul 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Moskvada küçələr çaya döndü – VİDEO

    06 İyul 2022

    Bakıda 2 nəfəri avtomobil vurub

    06 İyul 2022

    Bakıda avtomobil motosikletçini vuraraq xəsarət yetirib

    06 İyul 2022

    Tuba Büyüküstünün uşaqlıq fotoları yayıldı – VİDEO

    06 İyul 2022

    Bakıda sevgilisi tərəfindən bıçaqlanan 37 yaşlı qadın xəstəxanada ölüb

    06 İyul 2022

    “KFC” və “Pizza Hut” Rusiyadan gedir

    06 İyul 2022

    Azay Quliyev ATƏT PA-da komitə sədri seçildi

    06 İyul 2022

    “Lex”- “Qarabağ” oyununda maraqlı anlar yaşanıb – VİDEO

    06 İyul 2022

    Ukrayna Ordusu raketləri havada belə vurur – VİDEO

    06 İyul 2022

    Ukraynalılar adi dronları ölüm maşınlarına çevirirlər – VİDEO

    06 İyul 2022

    BMT-in avtomobil karvanı minaya düşdü: Ölən və yaralananlar var

    06 İyul 2022

    Tank ballistik raket kimi partladı – VİDEO

    06 İyul 2022

    Bakıda 3 yaşlı uşaq evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb

    06 İyul 2022

    Rusiyada həbs edilən basketbolçu Baydenə məktub göndərdi

    06 İyul 2022

    Çempionlar Liqası: “Qarabağ” məğlub oldu – YENİLƏNİB

    06 İyul 2022

    Fuad Axundov: “Ermənistan milli tarixşünaslığı dəyişdirməli, yalnız tarixi faktlara əsaslanmalıdır”

    06 İyul 2022

    “Qəbələ”nin rəqibi “Fənərbağça”ya böyük hesabla uduzub

    06 İyul 2022

    Azərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaq

    05 İyul 2022

    Bir gündə Bakıda beş taksi qəza törətdi

    05 İyul 2022

    Kritik informasiya təhlükəsizliyi qaydasının pozulmasına görə yeni cərimələr müəyyənləşib

    05 İyul 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.