Xəbər Xətti

    Məleykə Abbaszadə: “I qrup üzrə keçid balları artacaq”

    16 Avqust 2022

    Türkiyə ordusu şəhid VERDİ

    16 Avqust 2022

    Prokurorluq 24 il əvvəl güllələnmiş şəxsin iddialarına münasibət bildirib

    16 Avqust 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Məleykə Abbaszadə: “I qrup üzrə keçid balları artacaq”

      16 Avqust 2022

      Türkiyə ordusu şəhid VERDİ

      16 Avqust 2022

      Prokurorluq 24 il əvvəl güllələnmiş şəxsin iddialarına münasibət bildirib

      16 Avqust 2022

      Prokurorluqdan 24 il əvvəl güllələnmiş şəxsin iddialarına münasibət

      16 Avqust 2022

      “Leobank”dan heyrətamiz qərar: 1 manata 2 manat komissiya – FOTOFAKT

      16 Avqust 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Siyasət»Rusiya Federasiya Şurasının nümayəndələri azad olunmuş ərazilərə səfərə dəvət edilib
    Siyasət

    Rusiya Federasiya Şurasının nümayəndələri azad olunmuş ərazilərə səfərə dəvət edilib

    08 Dekabr 2021Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Bu gün Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin İkitərəfli parlamentlərarası komissiyasının videokonfrans formatında 16-cı iclası keçirilib.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Xəbər Xətti”-ya verilən məlumata görə, komissiyanın iclasına Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Qalina Karelova həmsədrlik ediblər.

    Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli diqqətə çatdırıb ki, bu il noyabrın 8-də dövlətimiz və xalqımız Qarabağ uğrunda Vətən müharibəsində Zəfərin ildönümünü qeyd edib. Bu qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. O, azad edilmiş torpaqlarımızda uğurla həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olmaq üçün Federal Şuranın və Dövlət Dumasının nümayəndələrini işğaldan azad olunmuş əraziləri ziyarət etməyə dəvət edib.

    Əli Hüseynli, eyni zamanda, Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyasına hazır olduğunu söyləyib.

    Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Qalina Karelova bildirib ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.

    Qalina Karelova qeyd edib ki, bu gün ölkələrimiz 2024-cü ilədək nəzərdə tutulmuş və özündə 5 yol xəritəsini ehtiva edən fəaliyyət planını həyata keçirirlər və bu istiqamətdə qanunvericilik bazasının formalaşmasında parlamentlərin rolu böyükdür.

    Federal Şuranın sədr müavini çıxışında ölkəmizdə rus dilində təhsilə göstərilən diqqət və qayğını təqdir edib.

    O, Azərbaycanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünü dəstəklədiklərini bildirib.

    Sonra iclasın gündəliyində olan məsələlərə baxılıb. Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyə beş məsələ daxil edilib.

    Əvvəlcə, Rusiya Federasiyası Federal Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq üzrə ikitərəfli parlamentlərarası komissiyanın tərkibində dəyişikliklər edilməsi haqqında Rusiya Federal Şurası sədrinin müavini Qalina Karelova, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Kazbek Taysayev məlumat veriblər. Rusiya tərəfindən komissiyanın yeni üzvləri təqdim edilib.

    Sonra gündəliyin ikinci məsələsi – Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov çıxış edib.

    İclasın sonunda bildirilib ki, Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisi arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 17-ci iclasının 2022-ci ildə Rusiyada keçirilməsi nəzərdə tutulub.

    Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentlərarası komissiyanın iclasında məhsuldar müzakirələrin aparıldığını bildirərək, komissiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

    İclasda Milli Məclisin deputatları Ağalar Vəliyev, Rasim Musabəyov, Elnur Allahverdiyev, Azər Badamov, rusiyalı deputatlar İvan Abramov, Yelena Avdeyeva, Liliya Qumerova, Anatoliy Şirokov iştirak ediblər.

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    MSK-nın yeni strukturu məlum olub

    16 Avqust 2022

    Videosu yayılan FHN polkovniki hansı sabiq nazirin qohumudur? – DOSYE

    16 Avqust 2022

    Laçındakı evlərini və Qarabağdakı meşələri yandıran ermənilərə cinayət işi açıldı

    16 Avqust 2022

    Prezident Argentinanın yeni səfirinin etimadnaməsini qəbul edib – FOTO – YENİLƏNİB

    16 Avqust 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Məleykə Abbaszadə: “I qrup üzrə keçid balları artacaq”

    16 Avqust 2022

    Prokurorluq 24 il əvvəl güllələnmiş şəxsin iddialarına münasibət bildirib

    16 Avqust 2022

    Prokurorluqdan 24 il əvvəl güllələnmiş şəxsin iddialarına münasibət

    16 Avqust 2022

    II qrupda 150 baldan yuxarı nəticə göstərən 9800 nəfər ixtisas seçiminə buraxılıb

    16 Avqust 2022

    İran hərbçiləri azad edilmiş ərazilərdə

    16 Avqust 2022

    MSK-nın yeni strukturu məlum olub

    16 Avqust 2022

    III qrupda dövlət sifarişi üzrə plan yerlərinin sayı artırılıb

    16 Avqust 2022

    Oxu.az – İran hərbi nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri təşkil olunub

    16 Avqust 2022

    Goranboyun Qızılhacılısında su faciəsi və ya “əjdaha”nın artezian iştahası

    16 Avqust 2022

    20 milyon insan ifrat yoxsulluqla üzləşə bilər

    16 Avqust 2022

    İstehlaka yararsız dondurmalar məhv edilib

    16 Avqust 2022

    28 yaşlı xanım prokuror vəfat etdi

    16 Avqust 2022

    Ermənilərin Laçın və Xocalıda törətdiyi yanğınlarla bağlı cinayət işi başlanılıb

    16 Avqust 2022

    “Qarabağ”ın səfər oyununun biletləri iki saata satıldı

    16 Avqust 2022

    Videosu yayılan FHN polkovniki hansı sabiq nazirin qohumudur? – DOSYE

    16 Avqust 2022

    DİM sədri: “IV qrupda 200-dən yuxarı bal toplayan ali məktəbə qəbul oluna bilər”

    16 Avqust 2022

    “Dövlət qurumlarında siyasi partiyaların ilk təşkilatlarının yaradılması…” – TƏKLİF

    16 Avqust 2022

    III qrupda pulsuz yerlərin sayı artırıldı

    16 Avqust 2022

    Məleykə Abbaszadə: “Ali təhsilli tibb bacılarına böyük ehtiyac var”

    16 Avqust 2022

    Laçındakı evlərini və Qarabağdakı meşələri yandıran ermənilərə cinayət işi açıldı

    16 Avqust 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.