Böyük Britaniyadan olan məşhur aktyor Entoni Şer 72 yaşında vəfat edib.
Xeberxetti.com xəbər verir ki, 1998-ci ildə çəkilmiş “Aşiq Şekspir” filmindəki doktor Mas rolu ilə geniş ictimaiyyət tərəfindən tanınan aktyor xərçəng xəstəliyindən dünyasını dəyişib. “Aşiq Şekspir”dən başqa, Şer 1998-ci ildə “Misis Braun” və 2010-cu ildə “Canavar adam” və digər sevilən filmlərdə rol alıb. O, teatrdakı rolları ilə də məşhurdur, iki dəfə “Lorensa Olivier” mükafatını qazanıb. Şer 1949-cu ildə Cənubi Afrikada anadan olub, 1969-cu ildə Böyük Britaniyaya köçüb, burada İncəsənət Akademiyasına daxil olub. 1982-ci ildə “Royal Shakespeare Company”yə qoşulub. Xeberxetti.com Teqlər:
EntoniŞer
Bənzər yazılar
Add A Comment