Tatarıstanın Naberejnıye Çelnı şəhərində yaşayış binasında partlayış baş verib.
“Xəbər Xətti” TASS-a istinadən xəbər verir ki, qaz sızması nəticəsində 4 nəfər yaralanıb, 32 nəfər isə təxliyyə olunub. Hadisə yerinə Tatarıstanın Baş naziri Aleksey Pesoşin gəlib.
Məlumata görə, partlayış 5 mərtəbəli binanın son iki mərtəbəsində baş verib. Faktla bağlı cinayət işi açılıb. Naberejnıye Çelnıda isə fövqəladə vəziyyət elan edilib.
***
Partlayış zamanı xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.
Mənbə
Xeberxetti.com