Xəbər Xətti

    Ana qızının nömrəsini gənc oğlana verdi, atası isə… – Bakıda film kimi olay

    05 Oktyabr 2023

    “Kader bağları”nda yeni aktyor – FOTO

    05 Oktyabr 2023

    Əməliyyatlar bitsə də, Füzulidə internet bərpa olunmur – NARAZILIQ VAR…

    05 Oktyabr 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Ana qızının nömrəsini gənc oğlana verdi, atası isə… – Bakıda film kimi olay

      05 Oktyabr 2023

      “Kader bağları”nda yeni aktyor – FOTO

      05 Oktyabr 2023

      Əməliyyatlar bitsə də, Füzulidə internet bərpa olunmur – NARAZILIQ VAR…

      05 Oktyabr 2023

      Dəfələrlə evlənmiş məşhurlar- SİYAHI

      05 Oktyabr 2023

      Bu gün qətiyyətli addım atmalı olan üç bürc

      05 Oktyabr 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Cəmiyyət»“Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib
    Cəmiyyət

    “Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib

    21 Oktyabr 2021Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    20 oktyabr Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş (MRY) şöbəsinin təşkil etdiyi “Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev öncə Zəngilanın işğaldan azad olunmasının bir ili münasibətilə tədbir iştirakçılarını təbrik edib. Baş direktor xatırladıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla, 44 günlük Vətən müharibəsi zamanı dövlət-xalq-ordu birliyinin vəhdəti Zəfərə doğru irəli addımlamağa, torpaqlarımızı azad etməyə imkan yaradıb.

    Məmməd Əliyev bildirib ki, MEK-in Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi Azərbaycanşünaslıq üzrə sənədlərin toplanması, e-kataloqa işlənməsi, ölkəmizin siyasi, milli, mədəni, elmi irsinin əsaslı formatda mərkəzləşdirilmiş şəkildə qorunub saxlanılaraq Azərbaycan və dünya tədqiqatçılarının istifadəsinə verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm işlər həyata keçirir. Qeyd olunub ki, MEK-də daim yenilənən vahid rəqəmsal baza böyük əhəmiyyətə malikdir.
    “Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib
    Əsas missiyası azərbaycançılıq olan şöbənin baş mütəxəssisi Günel Əhədova slaydla təqdimat zamanı qeyd edib ki, azərbaycanşünaslıq elminin, milli-ictimai təfəkkürünün etibarlı və ciddi elmi informasiya bazasının, eləcə də ədəbiyyat siyahılarının formalaşması və qiymətləndirilməsi, MEK-ə yeni daxil olan ədəbiyyatların MRY-a aid edilməsi işinin icrası, Azərbaycana aid qəzet, jurnal məqalələrinin, e-resursların, ND-lərdəki müxtəlif dillərdə elmi məqalələrin kitabxananın e-kataloquna (İRBİS proqramına) daxil edilməsi, AMEA İnstitutlarından göndərilən MRY ədəbiyyatların elektronlaşması istiqamətində işləri detallı şəkildə həyata keçirir.
    Vurğulanıb ki, şöbə son bir ildə 8000-ə yaxın “Qarabağ Azərbaycandır!”, “44 günün salnaməsi”, “Azərbaycan Ordusu”, “Nizami Gəncəvi”, “Torpağı Vətən edənlər”, “Milli Qəhrəmanlar”, “Türkiyə-Azərbaycan birliyi”, “Azərbaycan Respublikasında Anım günü” və s. mövzularda məqalələri MEK-in e-kataloquna daxil edilib və 2000-dən çox sənəd MRY bazasına aid edilib. AMEA-nın elmi-tədqiqat institutlarından məktubla müraciət əsasında göndərilən 100-ə yaxın materialın müəllif hüquqları qorunaraq MRY bazasına daxil edilib, 1000-ə yaxın ənənəvi kartoçka İRBİS proqramından çap olunaraq kartotekaya yerləşdirilib.
    “Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilibDaha sonra Azərbaycan Respublikasının xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı çıxışında erməni faşistlərinin torpaqlarımızda törətdikləri vəhşiliklərdən, 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhədə alovlanan informasiya savaşında qələm əhlinin, kitabın, mədəniyyətin önəmini vurğulayıb. “Ermənilər Şuşanı dağıtsa da ruhunu dağıda bilməyiblər. O ruhun bir hissəsi də elə mədəniyyətdir, elmdir, kitabxanadır!”- deyə millət vəkili Sabir Rüstəmxanlı bildirib və professor Məmməd Əliyevin rəhbərliyi ilə kitabxananın gördüyü işləri təqdirəlayiq hesab edib. Həmçinin Sabir Rüstəmxanlı müəllifi olduğu “Qarabağa dönüş” kitabının elektron variantının MEK oxucularının istifadəsinə verilməsi üçün razılıq verib.
    Millət vəkili Jalə Əhmədova da öz növbəsində, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın, qazilərimizin və digər hərbi qulluqçularımızın adlarının əbədiləşdirilməsi istiqamətində MEK-in gördüyü işləri yüksək qiymətləndirib.
    “Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib
    Tədbirdə AMEA Tarix İnstitutunun şöbə müdiri, dövlət mükafatı laureatı, tarixçi alim, dosent Hacı Həsənov və həmin institututun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı, Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya elmləri doktoru və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, yazıçı, “Qızıl qələm” mükafatı laureatı, “Aydın Fikir” qəzetinin baş redaktoru Subut Mehdiyev çıxışlarında Qarabağda quruculuq işləri zamanı məhv olmuş mədəniyyət ocaqlarının bərpasında ziyalılarımızın üzərinə düşən missiyadan danışıblar.
    “Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib
    Qeyd olunub ki, tariximizi, mədəniyyətimizi faktlarla, mənbələrlə işıqlandırmaq hər birimizin üzərinə düşən yükdür. Bu mənada MEK öz zəngin qiymətli nəşrləri ilə mühüm işlərə imza atmaqda davam edir.
    Tədbirdə həmçinin “Qızıl qələm” mükafatı laureatı, “Aydın Fikir” qəzetinin baş redaktoru Subut Mehdiyevin müəllifi olduğu Laçın rayonunun Mirkənd kəndinin toponimi, Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş qəhrəmanlar, həmçinin rayonda yerləşən və erməni vandalizminə məruz qalan tarixi, dini abidələr, ziyarətgahlar haqqında məlumatların geniş şəkildə əks olunduğu “Zəfər tarixinin qəhrəmanları” adlı dəyərli nəşr haqqında iştirakçılara geniş məlumat verilib, daha sonra müəllif digər kitablarını da MEK-ə hədiyyə edib.
    İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin
    [email protected]
    (012) 539-73-67 (daxili 14-14)

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Xəbər Xətti – Ramanalı ağsaqqal: “Görsəniz ki, maşını gəlin sürür, heç təəccüblənməyin”

    04 Oktyabr 2023

    Fərman Qurbanlı: “Bərpa və yenidənqurma proseslərində dayanıqlı şəhərlərin qurulması nəzərdə tutulur”

    02 Oktyabr 2023

    20 sentyabr “Bütövlük Günü” kimi qeyd olunsun”

    02 Oktyabr 2023

    Mingəçevirdə 32 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

    30 Sentyabr 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    ABŞ İrandan müsadirə etdiyi sursatları Ukraynaya göndərdi

    05 Oktyabr 2023

    Dünya çempionatı ilk dəfə üç qitədə keçiriləcək

    05 Oktyabr 2023

    Klinton: “Putinin sayəsində Rusiyanın dünyada nüfuzu artıb”

    05 Oktyabr 2023

    Ozon təbəqəsindəki dəliyin ölçüsü böyüyüb

    05 Oktyabr 2023

    Almaniya Kiyevə hava hücumundan müdafiə sistemləri verəcək

    05 Oktyabr 2023

    İkinci Gəncə terrorundan üç il ötür

    05 Oktyabr 2023

    Xankəndi küçələrindən birinə Taras Şevçenkonun adı verildi – Fofo

    05 Oktyabr 2023

    Xankəndi küçələrindən birinə Taras Şevçenkonun adı verildi – Fofo

    05 Oktyabr 2023

    Vətən müharibəsinin doqquzuncu günündə azad edilən ərazilər

    05 Oktyabr 2023

    Ermənilərin Azərbaycanın yaşayış məntəqələrində törətdikləri ikinci terrordan üç il ötür

    05 Oktyabr 2023

    Türkiyəli nazir: “Zəngəzur dəhlizi İrandan keçə bilər”

    04 Oktyabr 2023

    Heydər Əliyevlə İlham Əliyevin tarixi fotosu kosmosda – VİDEO

    04 Oktyabr 2023

    Yenilənmiş “Nar”ı hiss et və hədiyyələr qazan

    04 Oktyabr 2023

    Ramanalı ağsaqqal: “Görsəniz ki, maşını gəlin sürür, heç təəccüblənməyin” – VİDEO

    04 Oktyabr 2023

    Vardanyanın ifadəsi dünyanı silkələyəcək – VİDEO

    04 Oktyabr 2023

    Bakıda qandonduran cinayət: ata 2 yaşlı oğluna 9 bıçaq vurdu

    04 Oktyabr 2023

    Arayikin Öcalanla, İmralının Qobustanla BƏNZƏRLİYİ – Səxavət Məmməd yazır

    04 Oktyabr 2023

    Xəbər Xətti – Ramanalı ağsaqqal: “Görsəniz ki, maşını gəlin sürür, heç təəccüblənməyin”

    04 Oktyabr 2023

    Sərdar Berdiməhəmmədov Mikayıl Cabbarovu qəbul edib

    04 Oktyabr 2023

    Mikayıl Cabbarov Türkmənistan Prezidenti ilə görüşüb

    04 Oktyabr 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.