Xəbər Xətti

    TƏBİB-dən körpənin doğuş zamanı ölməsinə REAKSİYA (YENİLƏNİB)

    09 Avqust 2022

    Sabah rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

    09 Avqust 2022

    Rusiya “Bayraktar” zavodunu vuracağı ilə təhdid etdi

    09 Avqust 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      TƏBİB-dən körpənin doğuş zamanı ölməsinə REAKSİYA (YENİLƏNİB)

      09 Avqust 2022

      Sabah rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

      09 Avqust 2022

      Rusiya “Bayraktar” zavodunu vuracağı ilə təhdid etdi

      09 Avqust 2022

      Ceyhun Bayramov Türkiyənin tanınmış KİV-nə müsahibə verib – FOTO

      09 Avqust 2022

      Rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

      09 Avqust 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Manşet»Ramin Bayramlının ağlagəlməz cinayətləri: Dövlətdən nələr oğurlayıb… – ARAŞDIRMA
    Manşet

    Ramin Bayramlının ağlagəlməz cinayətləri: Dövlətdən nələr oğurlayıb… – ARAŞDIRMA

    17 Sentyabr 2021Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının yeyinti hallarına yol verməsi ilə bağlı tükürpədici faktlar ortaya çıxıb.

    XəbərXətti.com un  əldə etdiyi məlumata görə, R.Bayramlı bu əməllərini daha çox “SPEKTR MED” adlı MMC vasitəsilə həyata keçirib. O, TƏBİB-ə sədr təyin edildikdən sonra “SPEKTR MED” (VÖEN-i 2001534811) adlı MMC-ni satın alaraq, oraya özünün yaxın adamı – Hikmət adlı şəxsi direktor təyin edib.

    Pandemiya dövründən faydalanan R.Bayramlı dövlətin COVID-19-la effektiv mübarizə aparılmasından ötrü xəstəxanaların laboratoriya təchizatının yaxşılaşdırılması üçün təşəbbüsündən istifadə edərək “səmərəli fəaliyyət”ə başlayıb. Belə ki, R.Bayramlı laboratoriya cihazları və reaktiv-reagent istehsal edən məşhur şirkətlərin (Onların bəzilərinin adı bizə məlumdur: “Sysmex Corporation”, “QIAGEN”, “Roche” və s.-dir – red.) xarici nümayəndələri ilə şəxsən görüşərək, onlardan “SPEKTR Med”ə eksklüziv partnyor səlahiyyətinin verilməsini istəyib.

    R.Bayramlı həmin şirkətlər qarşısında belə bir şərt qoyub ki, onlar özlərinin Azərbaycan üzrə nümayəndəliyini digər firmalardan alaraq “SPEKTR Med”ə versinlər. Bunun qarşılığında isə bu xarici şirkətlərlə böyük məbləğdə müqavilələr bağlanılacaq, xeyli miqdarda laboratoriya cihazları və reaktiv-reagentlər alınacaq; şirkətlər bu şərtlə razılaşmayacaqları halda onlardan dövlət heç bir mal almayacaq, ölkəyə alternativ şirkətlər dəvət ediləcək.

    R.Bayramlı şirkətlərin bu sövdələşmədən qaçmaması üçün onları buna da əmin edib ki, dövlət tərəfindən bu işlər TƏBİB-ə həvalə edilib, yəni bütün işlərə o baxır.

    Sövdələşmə baş tutandan sonra tələbnamə üçün həmin firmaların mallarının siyahısı tutulub. Bunun əsasında TƏBİB sədri müəyyən edib ki, həmin şirkətlərdən nələri ala bilər. Bundan sonra isə R.Bayramlı pandemiya ilə mübarizə üçün Azərbaycanda kifayət qədər laboratoriya avadanlıqlarının olmadığını, bu vəziyyətdə virusla mübarizənin çətin olacağını əsas gətirərək külli miqdarda laboratoriya avadanlıqları və reaktivləri satın alıb.

    COVID-19-la mübarizə işinin təşkili üçün tibb müəssisələrində yeni laboratoriyaların qurulması da R.Bayramlının “SPEKTR Med” şirkəti vasitəsilə həyata keçirilib.

    Ramin Bayramlı bəzi xəstəxanaların satınalma, anbar və laboratoriya əməkdaşlarını da birbaşa özü vəzifəyə təyin edib. O, həmin kadrları özünün inandığı şəxslərin arasından seçib.

    Əsas yeyinti halları bundan sonra başlayıb.

    R.Bayramlı “adamları”nın olduğu yerlərdə, əsasən də yeni qurulmuş laboratoriyalarda dövlət vəsaiti hesabına alınmış reaktiv-reagent, sərfiyyat mallarının bir hissəsini özünün təsis etdiyi “İnci” laboratoriyalarına göndərib.

    “İnci” laboratoriyalarındakı reaktiv-reagentlərin böyük bir qismi dövlət müəssisələrində kağız üzərində “istifadə edilmiş” reagentlər olub. Pulsuz reagentlər əldə edə bilməkdən ötrü o, analiz üçün istifadə edilən reagentlərin sayını sənəddə şişirdərək yazdırıb.

    Məsələn, bir şəxsin analizi üçün 2 reagent lazım olduğu halda, sənəddə bu say 5 göstərilib və qalan 3 reaktiv-reagent “İnciLab”a göndərilib.

    Kağız üzərində sənədləşmə qüsursuz icra olunduğundan bu faktın üstü uzun müddət açılmayıb.

    Daha çox pul qazanmaq tamahında olan R.Bayramlı dövlətdən mənimsədiyi reaktiv-reagentləri istifadə edə bilmək üçün digər klinikalara “münasib qiymətə” koronavirusla bağlı laboratoriya xidmətinin göstərilməsi üçün əməkdaşlıq təklif edib.

    “İnciLab” klinikalara onların yaradacağı laboratoriyanın xərclərinin digər klinikalardan daha az olacağı, gəlirlərin isə onlardan daha çox olacağı vədini verib. Bu əməkdaşlıq sayəsində “İnci” laboratoriyaları bir neçə özəl tibb müəssisəsində “münasib qiymətə” koronavirusla bağlı laboratoriya xidməti göstərir.

    Hazırda “İnciLab”ın mərkəzi filialı, HP Güvən Klinik filialı, Yeni Gəncə Tibb Mərkəzi filialı, Tovuz filialı, Sumqayıt filialı, İnci Diaqnostika Mərkəzi kimi 6 filialı var. Bu filiallar barədə “İnci” laboratoriyalarının rəsmi saytında da məlumat verilir.

    Özünün şirkət yaratması ilə kifayətlənməyən R.Bayramlı yeyintilərin miqyasının və miqdarının artırılmasında qaynı Vüsaldan da istifadə edib. Belə ki, onun adına şirkət təsis edib. O, rayon xəstəxanalarının bir qisminə (hansına ki, özü rəhbərlər təyin edib) təsərrüfat mallarını Vüsalın rəhbəri olduğu şirkətdən almağı tapşırıb.

    Bu, Bakupost.az saytının qısa müddətdə əldə etdiyi məlumatlardır. Ramin Bayramlının etdiyi qanunsuzlar isə, əlbəttə ki, bununla bitmir. Onun təkcə Yeni Klinikada fantastik məbləğdə qazanc götürdüyü bildirilir.

    Qeyd edək ki, Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTSDA) yoxlamalar aparıb. Bu günlərdə başa çatan audit 2019-2020-ci illəri əhatə edib. Yoxlama İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) də əhatə edib. Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq Milli Məclisə də təqdim olunacaq.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Bakıdakı qəzalı binalar: “Həmin mənzillərin qiyməti yüksəkdir” – SƏBƏB

    09 Avqust 2022

    Azərbaycanda gözlənilən KİBERHÜCUM: Qurbana çevrilməmək üçün nə edilməlidir? – Mütəxəssisdən TÖVSİYƏLƏR

    09 Avqust 2022

    Türk bayraqlarına qarşı çıxan “Metrə” Vüqar Jurnalistlər binasına qoçu dəstəsi göndərdi – FOTOLAR

    09 Avqust 2022

    “Siyasi partiyalar haqqında yeni qanun və seçki sistemi ilə bağlı təkliflərimizi təqdim etmişik” – Partiya sədri

    08 Avqust 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Sabah rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

    09 Avqust 2022

    Rusiya “Bayraktar” zavodunu vuracağı ilə təhdid etdi

    09 Avqust 2022

    Ceyhun Bayramov Türkiyənin tanınmış KİV-nə müsahibə verib – FOTO

    09 Avqust 2022

    Polis 27 nəfəri saxladı – KRİMİNAL XRONİKA

    09 Avqust 2022

    Bakıda 2 nəfərin ölümünə səbəb olan sərxoş sürücüyə hökm oxunub

    09 Avqust 2022

    Talibanın təhlükəli lideri PUA ilə öldürüldü

    09 Avqust 2022

    Sosial şəbəkələrdə hərbçi adından paylaşımlar edən qadın saxlanılıb

    09 Avqust 2022

    Qarabağdakı qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralanıb

    09 Avqust 2022

    Oxu.az – İki vəzifəli şəxs işdən çıxarıldı

    09 Avqust 2022

    Səyyar ASAN xidmət Zəngilanda vətəndaşlara xidmət göstərib

    09 Avqust 2022

    Bakıdakı qəzalı binalar: “Həmin mənzillərin qiyməti yüksəkdir” – SƏBƏB

    09 Avqust 2022

    İlham Əliyev və Mehriban Əliyeva Konyada azərbaycanlı idmançılarla görüşüb

    09 Avqust 2022

    Nənə ilə nəvəni öldürüb evdən 3 milyon apardılar

    09 Avqust 2022

    Sabah Bakıda hava yağmursuz olacaq

    09 Avqust 2022

    Səfirimiz Londondakı basqının detallarından danışdı: “Həmin vaxt binada…”

    09 Avqust 2022

    İlham Əliyev və Mehriban Əliyeva Türkiyədə səfərdədirlər

    09 Avqust 2022

    “İstanbul Kommunikesinə qayıtmaq mükünsüzdür” – Podolyak

    09 Avqust 2022

    Səfir: “Londonda 3 diplomatımız səfirliyi tərk etmədən vacib sənədləri qoruyub”

    09 Avqust 2022

    Bakıda 18 il əvvəl qətl törədən şəxslərin evdən 3 milyon manat aparmaları məlum olub

    09 Avqust 2022

    TƏBİB həkim axtarır

    09 Avqust 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.