Xəbər Xətti

    Bakıda 2 nəfəri avtomobil vurub

    06 İyul 2022

    Bakıda avtomobil motosikletçini vuraraq xəsarət yetirib

    06 İyul 2022

    Danimarka İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib

    06 İyul 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Bakıda 2 nəfəri avtomobil vurub

      06 İyul 2022

      Bakıda avtomobil motosikletçini vuraraq xəsarət yetirib

      06 İyul 2022

      Danimarka İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib

      06 İyul 2022

      Tuba Büyüküstünün uşaqlıq fotoları yayıldı – VİDEO

      06 İyul 2022

      Bakıda sevgilisi tərəfindən bıçaqlanan 37 yaşlı qadın xəstəxanada ölüb

      06 İyul 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Manşet»Əli Nağıyev və Kamran Əliyev “Mahmudov” osminoqunun qollarını sonadək kəsəcəklərmi?
    Manşet

    Əli Nağıyev və Kamran Əliyev “Mahmudov” osminoqunun qollarını sonadək kəsəcəklərmi?

    08 Sentyabr 2021Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    “Qara kəmər” əməliyyatı dedikdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 2005-ci il martın 10-da həyata keçirilən və DİN-in Cinayət Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədovun həbs olunması ilə nəticələnən məlum olaylar göz önünə gəlir.

    Amma sən demə, Eldar Mahmudovun MTN şefi olduğu illərdə şərti adı “Qara kəmər” olmasa da bir neçə dəfə bu tip əməliyyatlar keçirilib. Nəticədə ölkədə fəaliyyət göstərən yüzlərlə iş adamı “qara kəmərlə boğularaq” varidatı əlindən alınıb, külli miqdarda zərərə salınıb, fiziki, mənəvi-psixoloji təzyiqlərə məruz qoyulub. Məsələnin acınacaqlı tərəfi ondan ibarətdir ki, 2015-ci ilin oktyabrında Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan qovulduqdan və ümumiyyətlə o qurumun ləğv edilməsindən sonra da bu cinayətkar şəbəkənin bəzi üzvləri at oynatmaqda davam ediblər və hələ də edirlər…

    Bu günlərdə Moderator.az-a müraciət edən iş adamının başına gətirilənləri nəql etməsi və sənədləri təqdim etməsindən sonra belə qənaətə gəlmək mümkündür ki, məmləkətin başı üzərində Eldar Mahmudov kabusu hələ də dolaşmaqda davam edir. Bakı şəhəri, Nəsimi rayonu məhəllə 968, Süleyman Rüstəm, Mirqasımov və akademik Feyzulla Qasımzadə küçələrinin kəsişməsində tikilməsi nəzərdə tutulan bina tilsimə düşərək 17 ildir ki, tikilmir. Səbəbsə həmin ərazidə qeyri-qanuni yollarla məskunlaşmış bir neçə ailənin tikinti aparacaq “ELİPS – R” MTK – dan astronomik məbləğ tələb etməsidir. Amma 2014-cü ildə Eldar Mahmudovun qılıncının hər iki üzü kəsdiyi vaxt onun əmisi oğlu İlham Mahmudov qəflətən zühur edir və nə zaman tikilməsi məchul olan binadan 4 otaqlı evin pulunu guya ödədiyini təsdiq edən saxta sənəd imzalatdırır…

     

    MTK-nın yeni rəhbəri Cəfərov Əlixan Əvəz oğlunun dediklərindən:

     

    “2014 cü ildə Eldar Mahmudovun əmisi oğlu İlham İsa oğlu Mahmudov 5 MTN əməkdaşı ilə ofisimizə hücum edərək hədə-qorxu gəlməklə bizdən mövcud olmayan çoxmərtəbəli binadan 4 otaqlı mənzilin guya pulunun tam ödənilməsini təsdiq edən maliyyə arayışı yazmağımızı tələb etdi. Məlumat üçün bildirim ki, həmin ərazidə tikintinin aparılması üçün hələ 10 il öncə, yəni 2004-cü ildə Bakı Şəhər icra hakimiyyətindən sərəncam almışdıq, ancaq ərazidə yaşayan bir neçə ailə ilə qiymətdə razılaşma mümkün olmadığından binanın tikintisi qeyri-müəyyən vaxtadək təxirə salınmışdı. Bütün bunlara baxmayaraq İlham Mahmudov əmisi oğlunun milli təhlükəsizlik naziri olmasından sui-istifadə edərək hədə qorxu yolu ilə MTK-nın o vaxtkı sədri Süleymanov Ramiz Cavad oğluna həmin maliyyə arayışını yazdıraraq imzalatmışdır. Halbuki həmin vaxt İ. Mahmudov nəinki maliyyə arayışında göstərildiyi kimi 309450 manat, bir manat da ödəniş etməyib. Amma həbsdən çıxandan sonra bizə qarşı törətdiyi cinayətin cəzasını çəkməməsi azmış kimi, bizdən həmin məbləği tələb etməsi adamı dəhşətə gətirir”.

    Yeri gəlmişkən, İlham Mahmudovla bağlı Google-da axtarış verilərkən onun törətdiyi silsilə cinayətlər səbəbindən 2015-ci ildə həbs olunması barədə məlumatlar qarşıya çıxır. (Oxucular həmin məlumatların biri ilə bu linkdən tanış ola bilərlər – //sputnik.az/incidents/20170828/411614244/mahmudovun-emisi-ogluna-hokm-oxundu.html) Amma məsələnin maraqlı, daha doğrusu, əcaib tərəfi ondan ibarətdir ki, çoxsaylı cinayət əməllərində təqsirləndirilən İlham Mahmudovu hansısa sehrli əl qorumağa müvəffəq olmuş və nəticədə çox qısa məhbəs həyatı yaşadıqdan sonra azadlığa çıxmağa nail olub. Baxmayaraq ki, həmin vaxt prokurorluq orqanları vəsatət verərək hökmün yüngüllüyü ilə barışmasa da məhkəmələr İlham Mahmudov haqqında normal məntiqə sığmayan yüngül cəza ilə kifayətləniblər. Bundan ürəklənən İlham Mahmudov əlində olan saxta maliyyə arayışını əsas gətirərək yenə də iş adamını hədələməkdə, ödəmədiyi pulu tələb etməkdə davam edib. Bununla kifayətlənməyərək hətta MTK-nı məhkəməyə də verəcək cürət tapıb özündə. Xoşbəxtlikdən məhkəmə bu dəfə onun iddiasını əsassız hesab edib və nəinki tikilməkdə olan, hətta yerində 8 həyət evində hələ də yaşayış olan ərazidə nə zaman çoxmərtəbəli binanın inşa ediləcəyi müəmma olan bir iddianın əsassız olduğunu bildirib. Burada bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, məhkəmə iddianı təmin etməməklə işini bitmiş hesab etməməliydi, ortada tükürpədici cinayət olduğunu görmək üçün nəinki hakim və ya hüquqşünas olmağa ehtiyac yox idi, orta təhsili olan hər kəs burada hiylənin və konkret olaraq hədə qorxu ilə pul tələb etmənin appaçıq əlamətləri olduğu səbəbindən işi prokurorluğa göndərməliydi. Amma işə baxan hakim naməlum səbəblərdən buna gərək duymayıb…

    Redaksiyadan: Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevə və hörmətli Baş Prokuror Kamran Əliyevə müraciət edirik. Məhz Sizlər Eldar Mahmudov və onun cinayətkar dəstəsinin ölkənin beynəlxalq nüfuzuna, milli təhlükəsizliyinə, sahibkarlıq mühitinə vurduğu sarsıdıcı zərbələri hər birimizdən min dəfə artıq, müfəssəl bilirsiniz. Vaxtilə Hacı Məmmədov məhkəmədəki ifadəsində özünü osminoqun bir qoluna bənzətmişdi. Görünən odur ki, osminoqoun başı Eldar Mahmudov olsa da, onun çoxsaylı qolları yenə də öz işindədir və vaxtilə olduğu kimi, bu gün də qarşılarına çıxanı anındaca boğmağa hazırdırlar. Bu qolların hamısını kökündən kəsmədikcə iş adamlarına nə dinclik var, nə canından xof çıxmamış sahibkarlıq mühitinin sahmana düşməsini gözləməyə dəyməz.

    Biz Moderator.az olaraq düz 8 il öncə – 2013-cü ilin sentyabrında Eldar Mahmudovun cinayətkar dəstəsinin əməllərindən birbaşa zərər çəkənlərdən biri olaraq məmləkətin başı üzərində “Domokl qılıncı”nı xatırladan bu qorxunc şəbəkənin kökünün qazılıb atılması üçün Sizlərə müraciət edirik. Biz Sizin gücünüzə və iradənizə inanır və güvənirik. Əgər bu gün törətdikləri silsilə cinayətlərə baxmayaraq, qeyri-adekvat cəza ilə canlarını qurtarmaları azmış kimi, xəcalət çəkərək bir küncə çəkilməli olduqları halda dişləri qana batmış canavar kimi yenidən vətəndaşların üzərinə hücuma keçməyə özlərində cəsarət tapırlarsa, deməli, bu şəbəkə nəinki məhv edilməyib, əksinə, hər an dövlətin və millətin təhlükəsizliyini təhdid edən əməllər törətmək iqtidarındadırlar. Əgər bu gün İlham Mahmudov kimi adamlar qeyri-qanuni yollarla sahibkarları təhdid etmələri ilə yanaşı, çəkinmədən məhkəmələrə üz tuturlarsa və hakimlər onların cinayət törətdiklərini görə-görə buna göz yumurlarsa, deməli, nələrsə yerində deyil, nələrsə çatmır, kimlərdənsə güc alırlar və bu adamlara sonadək haqq etdikləri yer göstərilməyib. İndiki halda İlham Mahmudovun əməlləri apaçıq qanunsuzluqdur və o heç bir halda əməllərini məhkəmələrə müraciət eməklə gizlədə, istəklərini bu yolla leqallaşdıra bilməz.

     

    Biz Moderator.az olaraq qanunun aliliyinə, hüququn gücünə və Sizlərin səmimiyyətinə bel bağlayaraq təxirəsalınmaz addımlar gözləyirik. Özü də təkcə biz yox, bu dəstənin tükürpədici əməllərindən zərərçəkmiş minlərlə insanımız “Eldar Mahmudov epidemiyası”ndan qurutulacağımız günü gözləyir…

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Hərbi polisin SABİQ RƏİSİ: “Bir hərbi hissənin yeri də məhz casusluqla bağlı dəyişdirilmişdi” – MÜSAHİBƏ

    05 İyul 2022

    Avtobus gecikmələri və yollarda qalan sərnişinlər – Bu problemin səbəbkarı kimdir? – Ekspert çıxış yolunu İZAH ETDİ

    05 İyul 2022

    “Ermənilərin “Laçın yolu” iddiası öhdəliklərin icrasından yayınmaq üçün bəhanədir” – ŞƏRH

    05 İyul 2022

    Rusiya-Ukrayna savaşının 131-ci GÜNÜ: Müharibənin taleyini böyük şəhərlər uğrunda gedən döyüşlər həll edəcək – TƏHLİL

    05 İyul 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Bakıda 2 nəfəri avtomobil vurub

    06 İyul 2022

    Bakıda avtomobil motosikletçini vuraraq xəsarət yetirib

    06 İyul 2022

    Tuba Büyüküstünün uşaqlıq fotoları yayıldı – VİDEO

    06 İyul 2022

    Bakıda sevgilisi tərəfindən bıçaqlanan 37 yaşlı qadın xəstəxanada ölüb

    06 İyul 2022

    “KFC” və “Pizza Hut” Rusiyadan gedir

    06 İyul 2022

    Azay Quliyev ATƏT PA-da komitə sədri seçildi

    06 İyul 2022

    “Lex”- “Qarabağ” oyununda maraqlı anlar yaşanıb – VİDEO

    06 İyul 2022

    Ukrayna Ordusu raketləri havada belə vurur – VİDEO

    06 İyul 2022

    BMT-in avtomobil karvanı minaya düşdü: Ölən və yaralananlar var

    06 İyul 2022

    Tank ballistik raket kimi partladı – VİDEO

    06 İyul 2022

    Bakıda 3 yaşlı uşaq evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb

    06 İyul 2022

    Rusiyada həbs edilən basketbolçu Baydenə məktub göndərdi

    06 İyul 2022

    Çempionlar Liqası: “Qarabağ” məğlub oldu – YENİLƏNİB

    06 İyul 2022

    Fuad Axundov: “Ermənistan milli tarixşünaslığı dəyişdirməli, yalnız tarixi faktlara əsaslanmalıdır”

    06 İyul 2022

    “Qəbələ”nin rəqibi “Fənərbağça”ya böyük hesabla uduzub

    06 İyul 2022

    Azərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaq

    05 İyul 2022

    Bir gündə Bakıda beş taksi qəza törətdi

    05 İyul 2022

    Kritik informasiya təhlükəsizliyi qaydasının pozulmasına görə yeni cərimələr müəyyənləşib

    05 İyul 2022

    Qəlbi sökülmüş İrəvan – VİDEO

    05 İyul 2022

    Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin fasiləsiz monitorinqi aparılacaq

    05 İyul 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.