Xəbər Xətti

    Xəbər Xətti – Yevlaxda meşədə yanğın olub

    25 Mart 2023

    Türkiyə futbolda Ermənistana qalib gəldi

    25 Mart 2023

    Yevlaxda meşəlik ərazidə yanğın olub 

    25 Mart 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Xəbər Xətti – Yevlaxda meşədə yanğın olub

      25 Mart 2023

      Türkiyə futbolda Ermənistana qalib gəldi

      25 Mart 2023

      Yevlaxda meşəlik ərazidə yanğın olub 

      25 Mart 2023

      Bəhruz Məhərrəmov: “Sülh üçün antiterror əməliyyatları beynəlxalq hüquqla tanınan haqqımızdır”

      25 Mart 2023

      AVRO-2024: Ermənistan – Türkiyə oyununda 3 QOL VURULDU – VİDEO

      25 Mart 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Manşet»İmişli “MERO”da avtomobillərin texniki baxışı vatsapla həyata keçirilir – FOTOFAKTLAR
    Manşet

    İmişli “MERO”da avtomobillərin texniki baxışı vatsapla həyata keçirilir – FOTOFAKTLAR

    12 Avqust 2021Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    İmişli Rayon Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsində nəqliyyat vasitələrinin “texniki baxış”ı vatsap vasitəsilə həyata keçirilir.

    Bu barədə Azsiyaset.com saytına məlumat daxil olub.

    Məlumatda bildirilir ki, İmişli “MERO”-da baş verən bu qanunsuzluqların əsas səbəbkarı Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri Fuad Mayılovdur. Düzdür, qanunla Qeydiyyat-imtahan və Texniki baxış regional idarələri Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat – İmtahan İdarəsinin rəisi, polis polkovniki Kamran Əliyevə tabedir.

    Lakin F.Mayılov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun ən sevimli kadrı və “qara kassa”sı kimi öz “kardinal”lığını qoruyub saxlamaqdadır. Qeyri-rəsmi şəkildə ölkənin əksər rayonlarındakı “MERO”lara nəzarət F.Mayılovun kurasiyasındadır, bu sahənin qeyri-rəsmi kuratoru məhz odur.

    Qeyd edək ki, İmişli “MERO”sunun rəisi təüqaüd yaşına çatmış Qulu Qüdrət oğlu Quliyev 2019-cu ildə Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə təyin olunub. Təqaüd yaşı keçmiş, nəqliyyat vasitələrini vatsap nömrələrlə texniki baxışdan keçirən, ağlagəlməz “rüşvət piramadası”na rəhbərlik edən Q.Quliyevin təqdimatını R.Zeynalova F.Mayılov verib. R.Zeynalov da onun təqdimatını Nazirin masasına qoyub.

    Q.Quliyevin İmişli Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinə rəis təyin edilməsinin ilginc səbəbləri barədə növbəti yazıda bəhs olunacaq.

    Bəs “texniki baxış” altında vətəndaşlar soyğunçuluğua necə məruz qalırlar?

    Məlumdur ki, avtomobili olan şəxslər ildə bir dəfə olmaqla, “MERO”-ya getməli və avtomobilinin saz vəziyyətdə olub-olmaması ilə bağlı sənəd almalıdır. Əgər vətəndaş öz avtomobilini texniki baxışdan keçirmirsə, hər 20 gündən bir 50 manat cərimə ödəməli olur.

    Əsas  mətləbə keçək! Qanunlardan varlanmaq üçün istifadə edənlərin sərvətlərinin sayı-hesab yoxdur. Məsələn, DYP-nin alay komandir Fuad Mayılov kimi.

    R.Zeynalovun şəxsi və xüsusi tapşırığı ilə “MERO”lardan yığılan pullar birbaşa F.Mayılovun iştirakı ilə ünvana çatdırılır. Artıq məsələ o həddə gəlib çatıb ki, texniki baxış əməliyyatları yeni “meyar”larla həyata keçirilir. Məsələ bundadır ki, F.Mayılova yaxınlığı ilə seçilən “MERO” rəisləri “kreativ” üsul seçiblər. Belə ki, onlar nəqliyyat vasitələrini vatsap nömrələr vasitəsilə “texniki baxış”dan keçirirlər.

    HAŞİYƏ: F.Mayılov qardaşı oğlu Fərid Maylovu Ağcəbədiyə rəis təyin etdirib. Orada nələr baş verir, əmisinin himayəçiliyi və çətiri altında Fərid Mayılov hansıq qanunsuzluqlara imza atır, bu haqda növbəti yazıda…

    Qanunda nəzərdə tutulub ki, avtomobil qeydiyyatda olduğu ərazidə texniki baxışdan keçirilməlidir. Amma F.Mayılovun adamları üçün bu elə də fərq etmir. Sən Şəkidə yaşaya bilərsən, amma avtomobilini İmişlidə və ya Ağcəbədidə “texniki baxış”dan keçirə bilərsən. Sual yaranar ki, Şəkidə olan avtomobil İmişlidə qeydiyyatdan necə keçə bilər? Təbii ki, vatsap vasitəsi ilə! Necə?

    Sadəcə avtomobilə məxsus texposportun, sürücülük vəsiqənin fotosunu “MERO” əməkdaşlarının vatsap nomrələrinə göndərirsən və bu, bəs edir ki, avtomobilin “texniki baxış”dan keçsin.

    Məsələn məqalədə fotosunu yerləşdirdiyimiz bu vətəndaş bu üsuldan istifadə edərək öz avtomobuli üçün “texniki baxış”nı əldə edib. Istənilən adam oturduğu yerdə öz maşınını “texniki baxış”dan keçirmək istətirsə o zaman Qulu Quliyevin rəhbərlik etdiyi İmişli “MERO”sunun əməkdaşalrının aşağıdakı qeyd olunan nömrələrinə göndərməklə həyata keçirə bilərsiniz.

    İmişli “MERO”dakı qiymətlər belədir:

    Minik -80 manat

    Kamaz 140 manat

    Qazel 100 manat

    Qoşqu ilə 60 manatdır.

    Baxmayaraq ki, bütün avtomobillər üçün dövlət rusumu 30 manatdır. Qoşqu isə dövlət rusumu 10 manatdır.

    Təsəvvür edin, gün ərzində “texniki baxış”dan keçən 200-300 maşından gələn pul vəsaiti nə qədərdir? Fantastik rəqəm!

    Onu da əlavə edək ki, Qulu Quliyev özü üçün “təhlükəsizlik” tədbirləri də görüb. Belə ki, vatsap nömrələr vasitəsilə qanunsuz şəkildə əldə olunan  pullar onun yaxınlarına şəxsi kart hesablarına köçürülür və axşam nəğdləşdirilir.

    Bundan əlavə olara, Q.Quliyev müştəri göndərən sığortaçılardan da özünü “qorumağı” bacarıb. O, işlədiyi sığorta şirkətinə bəribaşdan şərt qoyur ki, əgər bu barədə haradasa danışsalar qanun qarşısında məsuliyyət daşıyamalı olacaqlar.

    Ardı var…

    P.S. İmişli “MERO”da maşınların vatsapla “texniki baxış”ı aşağıda göstərilən bu nömrələr vasitəsilə həyata keçirilir. (Nömrələr “MERO”nun əməkdaşlarına məxsusdur).

        

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Türkiyəli prezidentliyə namizəddən şok açıqlama: “İki tələbəm Azərbaycanda nazirdir” – VİDEO

    25 Mart 2023

    Restoranlarda iftar menyuları: Ailə büdcəsinə uyğundur? – ARAŞDIRMA / MƏBLƏĞLƏR 

    23 Mart 2023

    Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərində NÖVBƏTİ MƏRHƏLƏ: Yeni çağırışlar, yeni perspektivlər

    22 Mart 2023

    Blinken İlham Əliyevə zəng etdi – Nələr müzakirə olundu?

    21 Mart 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Xəbər Xətti – Yevlaxda meşədə yanğın olub

    25 Mart 2023

    Türkiyə futbolda Ermənistana qalib gəldi

    25 Mart 2023

    Yevlaxda meşəlik ərazidə yanğın olub 

    25 Mart 2023

    Bəhruz Məhərrəmov: “Sülh üçün antiterror əməliyyatları beynəlxalq hüquqla tanınan haqqımızdır”

    25 Mart 2023

    Rusiya Belarusda nüvə silahı yerləşdirəcək

    25 Mart 2023

    “Rusiya sülhməramlıları açıq şəkildə erməni terrorçularının dəstəkçisinə çevrilib” – RƏY

    25 Mart 2023

    Rafael Qrossi Zaporojye AES-ə gələcək

    25 Mart 2023

    Paşinyan Putini həbs etdirmək istəyir – Rusiyaya arxadan vurulan zərbə – ŞƏRH

    25 Mart 2023

    Xəbər Xətti – “Qalatasaray” ulduzlarını Bakıya gətirir

    25 Mart 2023

    Yaponiya 4 il ərzində gəmilərə “Tomaqavk” raketləri quraşdırmaq istəyir

    25 Mart 2023

    “Ukraynanın əks hücum üçün silah və sursatı yoxdur”

    25 Mart 2023

    Rusiya MN Azərbaycan ordusunun irəlilədiyini təsdiqlədi, Bakıdan bunu TƏLƏB ETDİ

    25 Mart 2023

    Ələtdə kişi meyiti tapılıb

    25 Mart 2023

    Ələtdə üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkarlanıb

    25 Mart 2023

    Almaniya 30 rus diplomatı ölkədən qovmaq istəyir

    25 Mart 2023

    Türkiyəli prezidentliyə namizəddən şok açıqlama: “İki tələbəm Azərbaycanda nazirdir” – VİDEO

    25 Mart 2023

    “Erməni tanışıma yazmışam, amma ondan səs çıxmır” – Zərdüşt Əlizadə

    25 Mart 2023

    Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

    25 Mart 2023

    Türkiyəli nazir 15 ildən sonra Ermənistana getdi

    25 Mart 2023

    Tornado ABŞ-da azı 23 nəfərin ölümünə səbəb olub

    25 Mart 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.