Xəbər Xətti

    Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

    04 İyul 2022

    Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

    04 İyul 2022

    Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

    04 İyul 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

      04 İyul 2022

      Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

      04 İyul 2022

      Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

      04 İyul 2022

      Güləşçilərimizdən 1 qızıl , 1 bürünc medal

      04 İyul 2022

      Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

      04 İyul 2022
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Müsahibə»“Dəniz” yaddaşlarda qalmaq elədə asan deyil
    Müsahibə

    “Dəniz” yaddaşlarda qalmaq elədə asan deyil

    05 Avqust 2021Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    XəbərXətti.com –un  bu dəfəki qonağı gənc və istedadlı müğənni, “Youtube”da yerləşdirdiyi kliplərlə məşhurluq qazanan  Kəmalə Dəniz dir

    – Salam, Kamalə Dəniz, əvvəlcə, oxucularımıza özünüz haqqında məlumat verə bilərsiniz? 

    Salam, dəvətiniz üçün təşəkkür edirəm. 35 yaşım var. Quba Rayonu  Hacıhüseyinli kəndində  orta  məktəbi  Rus  dili bölməsini  oxumuşam. Subayam.

     

    – Müğənniliyə necə başladınız?

    Müğənni olmaq istəyim konkret bir məqamdan, faktordan qaynaqlanmır. Bu,bir günə verdiyim qərar deyil. Uşaqlıqdan bəri bu sahəni arzulamışam. Xüsusən də,  kiçik yaşlarımda səhnəyə çıxmağım şüuraltı olaraq məndə bu işə sevgi oyadıb. İstək, sevgi təkanverici qüvvə rolunu oynayır, indi isə uğurlu olub-olmayacığımı sərf etdiyim əmək və zəhmət müəyyən edəcək. 

    – Musiqi istedadı çox vaxt ailədən, gendən gəlir, sizdə də belədirmi?

    Məncə, hər zaman belə olmur. Ailəmdə musiqiçi yoxdur.

    –  Bu sənətə başladığınız ilk zamanlarda hansı çətinliklərlə qarşılaşdınız?

    Həyatım keşməkeşli, çətinliklərlə dolu olub. Yaradıcılığımın ilk vaxtlarında maddi resurs və vaxt ilə bağlı problemlərim çox olurdu. Şəxsi büdcəmin böyük hissəsini yaradıcılığıma sərf edirdim. Əvvəl bu işdən heç bir gəlir əldə etmirdim deyə maddi cəhətdən problemlər yaranırdı. Zaman baxımından da çətinliklərim olurdu. İşdən sonra səsyazmalar, klip çəkilişləri səbəbi ilə gecə gec saatlara qədər çalışırdım.

    – Niyə məhz “Dəniz” seçdiniz? 

    Yaradıcılığımın insanların beynində unikal bir ləqəb ilə assosiasiya olunmasını istəyirəm. Düşünürəm ki, ortaya çıxardığın işi düzgün təqdim etmək çox vacibdir. Ona görə, gördüyüm işlərin dinləyicilərin beynində  heç bir çaşqınlıq yaratmadan sırf mənimlə əlaqələndirilməsini istəyirəm.Necə ki, hər bir insan mavi dənizin dalğalarına qulaq asanda hüzur tapır ,dinləyicilərimində mənə qulaq Dənizdəki hüzuru tapmasına görə.

     

    – Kariyeranızda ilhamlandığınız kimlər var? Kimi örnək hesab edirsiniz?

    Sevdiklərim, dinlədiklərim çoxdur, ancaq səmimi olsam, bu işə sevgim kimdənsə ilhamlanaraq yaranmayıb. Ola bilsin, kimdəsə yeniliyi, fərqliliyi görüb bəyənim. Amma nümunə hesab etdiyim konkret bir şəxs, bir sənətçi yoxdur. 

    – Hansı müğənni ilə duet etmək istərdiniz?

    Hələ ki, belə bir fikrim yoxdur. Amma olsa, çox güman ki, Aqşin Fahet olar, çünki tərzini sevirəm və maraqlı layihə ərsəyə gətirə biləcəyimizə əminəm. 

     

    – Musiqi həyatımızın ayrılmaz parçasıdır. Sizcə, bir mahnı insanın fikirlərini dəyişə bilərmi?

    Məncə, bu vəziyyətə görə dəyişər. Tam dəyişə bilməsə belə fikirlərimizi toparlamağa kömək edər. 

    – Ən çox sevdiyiniz və sizin düşüncə, xarakterinizi əks etdirən mahnınız hansıdır?

    Məncə, heç biri tam mən deyiləm. Amma hər mahnıda, əlbəttə ki, bir və yaxud iki cümlə mənə aid olur. Bütün musiqilərimi sevirəm və sevə-sevə oxumuşam.

    – Həyatınızda “Yaxşı ki…” dediyiniz nə var?

    Bu, sirr qalsın, bəlkə, nə vaxtsa bu mövzuya açıqlıq gətirərəm. 

     

    – Bu gün bəstələnən mahnıların əksəriyyəti yaddaşlarda uzun müddət qalmır. Bunun günahı, sizcə, bəstəkardadır, yoxsa müğənnidə?

    Məncə, burada günah axtarmağa ehtiyac yoxdur.  Texnoloji inkişaf, qlobalizasiya bu sahəyə də öz təsirini göstərib. Yüksək rəqabəti hiss etmək olur. Texnologiyanın inkişafı ilə bu sahədə debüt edənlərin sayı hər gün çoxalır. Yeni bəstələnən, yayımlanan o qədər çox mahnı olur ki, trendlər də davamlı olaraq yenilənir. Dinləyici bir mahnını tam dinləyib sevənə qədər trendlər dəfələrlə dəyişilir. İndi yaddaşlarda qalmaq elə də asan deyil. 

    – Özünəməxsus bir üslubunuz var. Bəs gələcəkdə sizi tam fərqli obrazlarda görə bilərik?

    Bunu zaman göstərər. Dəyişikliyi, yeniliyi sevən biriyəm. Hər zaman maraqlı, fərqli proyektlər axtarışındayam. 

    – Sosial şəbəkələrdə tərziniz və geyiminiz haqqında xeyli şərhlər alırsınız. Bu, sizin üçün önəmlidirmi? Elə bir şərh olub ki ondan sonra özünüzdə nə isə dəyişmisiniz? 

    Təbii ki, rəylər mənim üçün önəmlidir və mütəmadi oxuyuram. Fikrini doğru ifadə edə bilən insanın yazdığı rəyi analiz edib bir növ özümə dərs götürürəm.

    – Sizi motivasiya edən nədir?

    Dinləyicilərin diqqəti, sevgisi, müsbət rəylər… Gördüyüm işin dəyərləndirilməsi məni yeni layihələr üçün daha çox həvəsləndirir. 

    – Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

    Əsas məqsədim qlobal müstəviyə çıxmaqdır. Yerli yaradıcılıq işlərimdə topladığım təcrübədən qlobal müstəvidə daha yaxşı işlər ortaya qoymaq üçün istifadə edəcəm. 

     – Son olaraq, oxucularımıza nə demək istəyirsiniz?

    Müsahibəni sona qədər oxuyan hər bir oxucuya öz dərin təşəkkürümü bildirirəm, Göstərdikləri diqqət və sevgi üçün minnətdaram.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    2&nbspİyl202214:44Kiyev vilayətinin qubernatoru: “Rusiya yenə Belarusla sərhəddən istifadə edə bilər” – MÜSAHİBƏ + FOTO

    02 İyul 2022

    2&nbspİyl202214:44Kiyev vilayətinin qubernatoru: “Rusiya yenə Belarusla sərhəddən istifadə edə bilər” – MÜSAHİBƏ + FOTO/VİDEO

    02 İyul 2022

    2&nbspİyl202210:49“Müqəddəs” qohumlar, tonla narkotik, 14 yaşlı cinayətkarlar: “Hər qrama görə xəbər yaymırıq” – MÜSAHİBƏ + FOTO

    02 İyul 2022

    2&nbspİyl202210:49“Müqəddəs” qohumlar, tonla narkotik, 14 yaşlı cinayətkarlar: “Hər qrama görə xəbər yaymırıq” – MÜSAHİBƏ + FOTO

    02 İyul 2022
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Oxu.az – İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

    04 İyul 2022

    Xəzər dənizinə 11 milyon kütüm buraxılıb

    04 İyul 2022

    Almaniya prezidenti: “Şimal axını-2 bir yanlış idi”

    04 İyul 2022

    Güləşçilərimizdən 1 qızıl , 1 bürünc medal

    04 İyul 2022

    Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

    04 İyul 2022

    Piyadanın üzərindən 2 avtomobil keçdi

    04 İyul 2022

    Moskvada ən hündür göydələnlərdən biri yanıb – VİDEO

    04 İyul 2022

    Ukrayna ordusuna hər ay 4 milyarddan çox pul xərclənir – Baş nazir

    04 İyul 2022

    72 yaşlı aktrisa yeniyetmə qız rolunu canlandırıb

    04 İyul 2022

    Bayden jurnalistin sulına cavab verə bilmədi

    03 İyul 2022

    Nazirlər yarışdı – FOTOLAR

    03 İyul 2022

    ÜST: “Meymunçiçəyinə yoluxanların sayı üç dəfə artıb”

    03 İyul 2022

    Türkiyə Ukrayna taxılını daşıyan Rusiya gəmisini saxladı

    03 İyul 2022

    İran silkələndi

    03 İyul 2022

    Aİ Ukraynaya yarım trilyon avrodan çox yardım ayıra bilər – KİV

    03 İyul 2022

    Qazi 14 ay sonra evinə döndü

    03 İyul 2022

    “Bakmil”ə gedənlərin nəzərinə!

    03 İyul 2022

    Bakıda otluq və qamışlıq ərazi yanır

    03 İyul 2022

    Bakıda 37 yaşlı qadın tanışı tərəfindən bıçaqlanıb

    03 İyul 2022

    Ceyhun Bayramov İrana səfər edəcək

    03 İyul 2022

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2022 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.