Xəbər Xətti

    Ukraynada ölən nazirin yerinə o təyin edildi

    08 Fevral 2023

    Mer seçkilərində qalib gəldi: GÜLLƏLƏNDİ

    08 Fevral 2023

    Serbiyanın axtarış-xilasetmə briqadası da Türkiyəyə gəlib

    08 Fevral 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Ukraynada ölən nazirin yerinə o təyin edildi

      08 Fevral 2023

      Mer seçkilərində qalib gəldi: GÜLLƏLƏNDİ

      08 Fevral 2023

      Serbiyanın axtarış-xilasetmə briqadası da Türkiyəyə gəlib

      08 Fevral 2023

      Vanda da zəlzələ oldu

      08 Fevral 2023

      Ukrayna yanvarda 6500 hərbçi itirib – Şoyqunun iddiası

      08 Fevral 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Kateqoriyasız»“Patı” ən pis halda bu xəstəliyə səbəb olur (AÇIQLAMA) – Xəbər Xətti
    Kateqoriyasız

    “Patı” ən pis halda bu xəstəliyə səbəb olur (AÇIQLAMA) – Xəbər Xətti

    27 İyul 2021Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

     

    “Patı” – elmi adı “metamfetamin” olan bu maddənin istifadəçiləri son zamanlar istər paytaxt, istərsə də bölgələrdə artıb. Sosial şəbəkələrdə yayılan, eyni zamanda ölkə mətbuatında işıqlandırılan “patı” mövzusu ictimaiyyətdə ciddi narahatlıq yaradıb.

    Psixiatrların sözlərinə görə, ən pis hallarda “patı” psixiatriyada qorxulan psixozlar (yəni şizofreniyalar) yaradır. Bəs, görəsən, “patı’” asılılığı olan şəxslərin müalicəsi mümkündürmü? Onları evdə müalicə etmək olarmı?

    Bu haqda BAKU.WS-ə açıqlama verən psixiatr Orxan Fərəcli metamfetaminin sintetik narkotik vasitə olduğundan ondan istifadə edənlərdə psixi asılılığın yaranmasına səbəb olduğunu bildirib:

    “Patı” xüsusi bir maddədir ki, onu digərlərindən fərqləndirən cəhət daha çox enerji vermə qabiliyyətinə malik olmasıdır. İnsanlar digər narkotik vasitələrdən həzz alırsa, “patı” onlara məhz hədsiz enerji bəxş edir. Onu qəbul edən insan yorulmur, dayanmadan fəaliyyətdə olur. Bəzən bunu qəbul edib idman zallarında saatlarla idman, yaxud gecə klublarında sabaha qədər dayanmadan rəqs edirlər. Hədsiz enerji verdiyi üçün insan öz gücündən artıq gücə malik olur. Bu da onu qəbul edən insana xoş hiss bağışlayır. Bacarığı birə-beş artır. Buna görə də insan daim o halda olmaq istəyir. Bu da psixi asılıq yaradır”.

    Psixiatr belə xəstələrin yalnız xəstəxanada müalicə olunmağını tövsiyə edir:

    “Mən bu asılılığı olanların evdən çox xəstəxana şəraitində müalicə almağını tövsiyə edirəm. Çünki müalicə müddətində həmin şəxs gizli olaraq bu maddəni yenidən qəbul edə bilər. “Patı”nın ən böyük psixoloji zərərləri vardır. Ən yüngül panik atak (kiçik tüstüdən panik atak yaranan adamlara rast gəldik), ən ağırı isə psixiatriyada qorxulan psixozlar (yəni şizofreniyalar) yaradır. İnsanda boş yerə şübhə, qısqanclıq meydana gəlir. Elə bilir ki, onu izləyirlər…”

    Orxan Fərəclinin sözlərinə görə, bölgələrdə xüsusilə gənclərin sintetik narkotik vasitə haqda məlumatının olmaması onları “patı”nın qurbanına çevirir:

    ”Patı” haqqında xəbərlərin sosial şəbəkələrdə yayılması və mətbuatda işıqlandırılması çox müsbət haldır. Əvvəllər bu haqda məlumat verilmirdi. Buna görə də gənclər gizli şəkildə “patı”nın qurbanına çevrilirdi. Hazırda isə bu haqda maarifləndirici məlumatların yayılması və ictimailəşməsi çox yaxşı haldır. “Patı” əməliyyatları, onun qurbanları barədə ictimaiyyət hər zaman məlumatlandırılmalıdır. Amma mütləq xəbərin sonunda metamfetaminin insan həyatını necə məhv etdiyi, onu hansı bəlaya düçar etdiyi barədə maarifləndirici məlumatlar qeyd etməlidir. Əks halda, insanlarda bu narkotik vasitədən istifadəyə maraq yarana bilər”.

    Qeyd edək ki, ölkəmizdə metamfetamin, narkomanlar arasında “patı” adlandırılan narkotik vasitə satan şəxslərin ifşası ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdikləri əməliyyat tədbirləri davam edir. Bu əməliyyatlar nəticəsində onlarla “patı” və digər narkotik vasitə satan narkotacirlər iş başında yaxalanıblar.

    Mənbə
    xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Cənub Qaz Dəhlizi Məşvərət Şurası

    07 Fevral 2023

    Enerji təhlükəsizliyi, həqiqətən milli təhlükəsizlik məsələsidir

    07 Fevral 2023

    Azərbaycan yeni layihələrə imza atır

    07 Fevral 2023

    Prezident İlham Əliyevdən təcili TAPŞIRIQ: Türkiyəyə ikinci yardım təyyarəsi yola düşür – YENİLƏNİB

    06 Fevral 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Mer seçkilərində qalib gəldi: GÜLLƏLƏNDİ

    08 Fevral 2023

    Serbiyanın axtarış-xilasetmə briqadası da Türkiyəyə gəlib

    08 Fevral 2023

    Vanda da zəlzələ oldu

    08 Fevral 2023

    Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub –

    07 Fevral 2023

    Hərbi aviasiya İskəndərun limanındakı yanğının söndürülməsinə cəlb edilib

    07 Fevral 2023

    FHN-in növbəti yardımları və xilasetmə qrupu Türkiyəyə yola salınacaq

    07 Fevral 2023

    TYH və “Pegasus” zəlzələ zonasından bütün uçuşları pulsuz etdi

    07 Fevral 2023

    Bakıda beş ailənin yaşadığı birmərtəbəli evlərdə yanğın olub

    07 Fevral 2023

    “SOCAR Türkiyə” zəlzələ bölgəsindəki xilasetmə avtomobillərini pulsuz benzinlə təmin edir

    07 Fevral 2023

    New York Times: “Morqlar dolub-daşır, yaralı axını dayanmır”

    07 Fevral 2023

    Türkiyədə zəlzələdə ölənlərin sayı 5000-i ötdü

    07 Fevral 2023

    Media Reyestrinin tətbiqinin ÖNƏMİ: “Bu, jurnalistikanın inkişafında mənfi tendensiyaya səbəb ola bilməz”

    07 Fevral 2023

    Xocalıda yük avtomobili su kanalına düşüb

    07 Fevral 2023

    Mövlud Çavuşoğlu Azərbaycana təşəkkür edib

    07 Fevral 2023

    Çavuşoğlu: “İlk olaraq can Azərbaycandan kömək gəldi”

    07 Fevral 2023

    Məktəblər akkreditasiyadan keçəcək

    07 Fevral 2023

    Yardıma gedənlər 10 km-lik tıxacda qaldı – Video

    07 Fevral 2023

    Azərbaycan xilasediciləri 3 nəfəri xilas edib, 10 nəfərin meyitini dağıntılar altından çıxarıb

    07 Fevral 2023

    Türkiyədəki zəlzələ qurbanlarına görə Ronaldunun formasını hərraca çıxardı

    07 Fevral 2023

    Son sutkada 21 yeni yoluxma faktı qeydə alınıb

    07 Fevral 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.