Xəbər Xətti

    FHN-in xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb

    07 Fevral 2023

    Zəlzələ nəticəsində ölənlərin sayı 3 mini, yaralıların sayı 20 mini keçdi – YENİLƏNDİ

    07 Fevral 2023

    Malatyanın simvolu olan tarixi məscid də dağıldı – Video – Fotolar

    07 Fevral 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      FHN-in xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb

      07 Fevral 2023

      Zəlzələ nəticəsində ölənlərin sayı 3 mini, yaralıların sayı 20 mini keçdi – YENİLƏNDİ

      07 Fevral 2023

      Malatyanın simvolu olan tarixi məscid də dağıldı – Video – Fotolar

      07 Fevral 2023

      Samuxda meşəyə qənim kəsilən KİMDİR? – NAZİRİN NƏZƏRİNƏ…

      07 Fevral 2023

      Ordumuzun döyüş hazırlığı yoxlanıldı – Video

      07 Fevral 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Kateqoriyasız»Jurnalistlər üçün aqrotur – Aqrar sahədə hansı yeniliklər tətbiq edilib? – Xəbər Xətti
    Kateqoriyasız

    Jurnalistlər üçün aqrotur – Aqrar sahədə hansı yeniliklər tətbiq edilib? – Xəbər Xətti

    27 İyul 2021Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

     

    Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeli qurumu olan “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti media nümayəndələrini yeni intensiv meyvə bağlarında istifadə olunan müasir texnikalar və bu il biçinə çıxarılmış yeni nəsil dağ kombaynları və digər innovativ texnologiyalar ilə tanış edib. REPORTYOR.info xəbər verir ki, Kütləvi İnformasiya Vasitələri (KİV) üçün Quba və Qusar rayonlarına təşkil edilmiş səfərdə “Aqroservis” və “Prior Leasing” açıq səhmdar cəmiyyətinin bu il fermerlərə təqdim etdikləri ən müasir texnikalar nümayiş edilib.
    “Aqroservis” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova bildirib ki, bu il Səhmdar Cəmiyyətə məxsus 700 kombayn biçinə çıxarılıb. Növbəlilik prinsipi ilə aparılan biçin prosesi əkin sahələrinin 40%-ni əhatə edib. Biçində tətbiq edilən yeni innovativ metodlar sayəsində məhsul biçini ən qısa zamanda həyata keçirilir. GPS izləmə sistemi ilə mərkəzləşdirilmiş dislokasiyaya əsasən biçinə nəzarət gücləndirilib, operativ və şəffaf biçin sistemi təmin edilib. Dağlıq və çətin relyefli sahələrin biçini üçün MDB məkanında ilk dəfə New Holland TC 5.90 Hillside dağ kombaynları sahələrə çıxarılıb. Bu kombaynlar tam innovativ işləmə mexanizmi ilə biçində operativlik yaradır. Kombaynın xeyderinin en götürümünün uzunluğu, bunkerin həcminin çox olması, 32 dərəcə hündürlük, 38 dərəcə meyllilikdə və 25 % nəmlikdə biçin apara bilir. Çətin relyefli sahələrdə biçin aparan bu kombaynların sayəsində əkin təyinatlı olub, lakin əkilməyən sahələrin yenidən əkinə cəlb edilməsinə şərait yaranacaq. Bu ildən bu kombaynlar Lerik, Yardımlı, Cəlilabad, Şəmkir, Tovuz, Gədəbəy, Şəki, Qusar, Xızı rayonlarında dağlıq sahələrdə biçin aparır. Bu gün bu sahə ölkəmizdə biçilən sonuncu taxıl sahəsidir.
    Azərbaycan Respublikası Prezidentinin 19 Dekabr 2018-ci il tarixli “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərmanının nəticəsi olaraq bu gün kənd təsərrüfatı texnikası bazarı liberallaşdırılıb. Fermer və sahibkarlar istədikləri təchizatçıdan özlərinə lazım olan texnikanı seçərək, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vasitəsilə təqdim edilən 40% dövlət güzəştindən faydalanaraq, istər nağd, istər güzəştli kredit, istərsə də lizinq yolu ilə əldə edə bilir.
    Media nümayəndələrinə bildirilib ki, liberallaşmadan ötən müddət ərzində (2019-cu ildən indiyədək) fermerlər AKİA xətti ilə verilən dövlət güzəştindən faydalanaraq Prior Leasing ASC-dən 3290 ədəd texnika əldə edib. Prior Leasing regionlarda fəaliyyət göstərən 11 nümayəndəliyi ilə fermerlərə bölgələrdə texnika satışı, satış sonrası servisi təqdim edir.
    “Aqroservis” bu il ölkədə ilk dəfə təqdim etdiyi “AgroUber” platformasında mexanizatorların qeydiyyatına başlayıb və Səhmdar Cəmiyyətin 380 mexanizatoru artıq qeydiyyatdan keçib. Ölkənin 42 rayonunda fəaliyyət göstərən bölmələri və 9 regional nümayəndəliyi vasitəsilə “Aqroservis” fermerlərin kənd təsərrüfatı texnikasına olan tələblərini ödəyir, aqrotexniki qulluq təqdim edir, səyyar gübrə və pestisid satışları həyata keçirir.
    “Aqroservis” ASC tərəfindən aqrar sahədə tətbiq edilən innovativ yeniliklərdən biri də gübrələmədə yeni texnologiyanın tətbiqidir. ASC fermerlərə aqrodronlar vasitəsilə dərmanlama və gübrələmə təklif edib. Aqrodronlar ilk öncə sahəni monitorinq edir, xəstəlik və ziyanverici sirayətləmə arealını skan edir. Skan olunan ərazi isə opetativ şəkildə dərmanlanır. Aqrodronlarla dərmanlama və gübrələmə əsasən texnikaların girə bilmədiyi sahələrin, sahənin xəstəlik sirayətlənən sahələrin dərmanlanmasını həyata keçirir.
    Media nümayəndələrinə Pinochio 250/5 riperinin də fəaliyyəti nümayiş etdirilib. Bildirilib ki, bu riperin ənənəvi kotandan əsas üstünlükləri ondan ibarətdir ki, onun istifadəsi zamanı dərində kipləşmiş torpaq qatları partladılır və bitkinin kök ifrastrukturu düzgün inkişaf edir. Kipləşmiş torpaq qatlarının partladılması suvarma zamanı torpağın dərin qatlarına suyun daxil olmasını təmin etməklə, vegetasiya dövrü ərizində bitkinin kök strukturunda nəmliyi qoruyub saxlayır. Qeyd olunan proses əlavə su sərfiyyatının da qarşısını alır. Riperlə şum zamanı torpaq çevrilmədən şumlanır, bu da öz növbəsində torpağın münbit qatında olan mikro və makro elementlərdən bitkinin faydalanmasına səbəb olur və torpağın nəmliyini daha uzun müddət saxlayır.
    Əlavə olaraq, aqreqatın arxasında yerləşdirilmiş bir-birinin əksinə işləyən dişli mərdanələr vasitəsilə, torpaq kəltənləri xırdalanır və torpağın relyefi düzəlir. Bu isə fermerlərə imkan verir ki, bir əməliyyatla həm şum aparılmasını, həm də və diskləmə prosesini həyata keçirərək, toxum səpininə başlasınlar.
    Media nümayəndələri daha sonra biçindən sonrakı ilkin şumu izləyiblər.

    Mənbə
    xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Cənub Qaz Dəhlizi Məşvərət Şurası

    07 Fevral 2023

    Enerji təhlükəsizliyi, həqiqətən milli təhlükəsizlik məsələsidir

    07 Fevral 2023

    Azərbaycan yeni layihələrə imza atır

    07 Fevral 2023

    Prezident İlham Əliyevdən təcili TAPŞIRIQ: Türkiyəyə ikinci yardım təyyarəsi yola düşür – YENİLƏNİB

    06 Fevral 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    FHN-in xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb

    07 Fevral 2023

    Zəlzələ nəticəsində ölənlərin sayı 3 mini, yaralıların sayı 20 mini keçdi – YENİLƏNDİ

    07 Fevral 2023

    Malatyanın simvolu olan tarixi məscid də dağıldı – Video – Fotolar

    07 Fevral 2023

    Suriyada zəlzələdən sonra məhkumlar qiyam qaldırıblar: İŞİD silahlıları həbsxanadan qaçıblar

    07 Fevral 2023

    DYP sürücü və piyadalara çağırış edib

    07 Fevral 2023

    Türkiyədəki zəlzələdə ölənlərin sayı 3381 nəfərə çatıb – YENİLƏNİB

    07 Fevral 2023

    Azərbaycanlı xilasedicilər Hatayda xilasetmə işlərinə başlayıblar – VİDEO

    07 Fevral 2023

    Suriyada zəlzələdən sonra 20 İŞİD üzvü həbsxanadan qaçıb

    07 Fevral 2023

    Qadın narkotacir tutuldu – FOTO

    07 Fevral 2023

    Yevlax-Bərdə yolunda 2 avtomobil toqquşub, ölən və xəsarət alanlar var

    07 Fevral 2023

    “Heç kəsə gecə evdə qalmağa icazə vermirlər” – Adanada yaşayan Xalq artisti

    07 Fevral 2023

    PKK terrorçuları Türkiyə sərhədini atəşə tutdu

    07 Fevral 2023

    AXCP-nin rayon sədri bıçaqlanmaya görə saxlanıldı

    07 Fevral 2023

    “Lökbatan dairəsi”ndə 43 yaşlı kişi bıçaqlanıb

    07 Fevral 2023

    Suriyada zəlzələ nəticəsində 1444 nəfər ölüb

    07 Fevral 2023

    Qubada həmkəndlisini öldürmək istəyən tutuldu

    07 Fevral 2023

    Azərbaycanda quş qripinə qarşı aparılan monitorinqlərin nəticələri açıqlanıb

    07 Fevral 2023

    Suriyada zəlzələdə ölənlərin sayı artdı

    07 Fevral 2023

    Xəbər Xətti – Zabratda “Chevrolet” polis maşını ilə toqquşdu

    07 Fevral 2023

    Azərbaycanın xilasediciləri Kahramanmaraşa çatıblar

    07 Fevral 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.