Xəbər Xətti

    Çeçen XTQ komandanı: “Artıq NATO-ya qarşı döyüşürük”

    08 Fevral 2023

    “Gözümün önündə on bina uçdu” – Türkiyəli aktyor

    08 Fevral 2023

    Naxçıvanda fevral ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

    08 Fevral 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Çeçen XTQ komandanı: “Artıq NATO-ya qarşı döyüşürük”

      08 Fevral 2023

      “Gözümün önündə on bina uçdu” – Türkiyəli aktyor

      08 Fevral 2023

      Naxçıvanda fevral ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

      08 Fevral 2023

      Xəbər Xətti – Universitetdə çıxış edən molla hökumətinin sözçüsü tələbələr tərəfindən boykot edildi

      08 Fevral 2023

      Ərdoğan zəlzələ bölgəsinə gedəcək

      08 Fevral 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Kateqoriyasız»İcra hakimiyyəti şəhidin ailəsinə bulaq tikməyə icazə vermir? – FOTO – Xəbər Xətti
    Kateqoriyasız

    İcra hakimiyyəti şəhidin ailəsinə bulaq tikməyə icazə vermir? – FOTO – Xəbər Xətti

    27 İyul 2021Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    “Qardaşım – Vətən müharibəsi şəhidi Hacıyev Sərxan Eldar oğlunun xatirəsini əbədiləşdirmək üçün doğulduğu Qobustan rayonunda bulaq kompleksi tikmək istəyirik. Bu ayın 8-də doğum günü idi, çox istədik ki, o vaxta qədər öz vəsaitimizlə kompleksi inşa edək. Lakin Qobustan Rayon İcra Hakimiyyəti bizə bu kompleksi tikməyə icazə vermir”.

    Bu şikayətlə “Qafqazinfo”ya şəhidin qardaşı Orxan Hacıyev müraciət edib. O iddia edir ki, ailəsi bununla bağlı müraciət etsə də, rədd cavabı alıb: “Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov atama deyib ki, biz rayonda heç bir şəhid ailəsinə nəsə tikmək üçün icazə verməmişik. İndi sizə icazə versək, digər şəhid ailələri də gəlib nəsə istəyəcəklər…”

    O. Hacıyev, həmçinin bu məsələ ilə əlaqədar Qobustan rayonunun deputatı ilə görüşdüyünü deyib: “Anam Humay Hacıyeva ilə birlikdə bir neçə gün əvvəl rayonumuzun deputatı Şahin Seyidzadənin qəbulunda olduq və məsələni ona da dedik. İlk öncə icazə olmadığını dedi, daha sonra bulaq üçün rayon bələdiyyəsindən sənəd almalı olduğumuzu dedi. Bir də bulağa gələn suyun pulunu kimin ödəyəcəyini, sayğacın kimin adına olacağını soruşdu. Mən də özümün ödəyəcəyimi bildirdim. Amma buna baxmayaraq, bizə bulaq kompleksinin tikintisi üçün icazə olmadığını dedi.

    Qardaşım bu vətən üçün canından keçib, onlara isə bir bulağın su pulu maraqlıdır”.

    Şəhidin qardaşı bildirib ki, bulaq tikintisi ilə yanaşı, həmçinin S. Hacıyevin 11 il təhsil aldığı 2 saylı tam orta məktəbə də onun adı verilmir: “İcra Hakimiyyətinə və Təhsil Nazirliyinə bununla bağlı məktub yazdıq. İcra hakimiyyətindən bu məsələnin onların səlahiyyətində olmadığı deyilsə də, nazirliyin cavab məktubunda bunun üçün yerli icra hakimiyyəti orqanının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmalı olduğu qeyd olunub”.

    Problemlə bağlı Qobustan RİH başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və  proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov bildirdi ki, rayonda bir neçə yerdə şəhid bulaqları salınıb və rayonda bununla bağlı heç bir problem yoxdur. Şöbə müdirinin sözlərinə görə, bəzən problemlər yerlə bağlı olur, ailələr istəyirlər ki, məhz öz istədikləri yerdə tikilsin. Lakin bulaq elədir ki, onun tikintisi üçün yer uyğun olmalıdır: “Şəhidimizin adına bulaq kompleksini onun yaxınları Heydər Əliyev prospektində tikmək istəyirdilər. Lakin həmin yer magistraldan şəhərin içərisinə girən yerdir. Orada bulaq tikmək mümkün deyil. Bulaq gərək elə yerdə tikilsin ki, faydalı olsun. Biz istəyərdik ki, şəhidimizin adı ən yaxşı yerlərdə əbədiləşdirilsin. Onlara təklif olundu ki, həmin küçədə, bir qədər başqa tərəfdə tikilsin və bununla bağlı da razılığa gəlinib. Heç bir problem yoxdur”.

    Qeyd edək ki, İkinci Qarabağ müharibəsində şəhid olan Sərxan Hacıyev Silahlı Qüvvələrdə “MAXE” kimi xidmət göstərib. Ötən il oktyabrın 23-də  Füzuli uğrunda gedən döyüşlərdə kürəyindən qəlpə yarası alıb və bir həftə neytral ərazidə qaldıqdan sonra nəşini götürmək mümkün olub. “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

     

    Mənbə
    xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Cənub Qaz Dəhlizi Məşvərət Şurası

    07 Fevral 2023

    Enerji təhlükəsizliyi, həqiqətən milli təhlükəsizlik məsələsidir

    07 Fevral 2023

    Azərbaycan yeni layihələrə imza atır

    07 Fevral 2023

    Prezident İlham Əliyevdən təcili TAPŞIRIQ: Türkiyəyə ikinci yardım təyyarəsi yola düşür – YENİLƏNİB

    06 Fevral 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Çeçen XTQ komandanı: “Artıq NATO-ya qarşı döyüşürük”

    08 Fevral 2023

    Naxçıvanda fevral ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

    08 Fevral 2023

    Xəbər Xətti – Universitetdə çıxış edən molla hökumətinin sözçüsü tələbələr tərəfindən boykot edildi

    08 Fevral 2023

    Ərdoğan zəlzələ bölgəsinə gedəcək

    08 Fevral 2023

    Rusiya xilasediciləri Türkiyədə 10 gün qalacaq

    08 Fevral 2023

    Mer seçkilərində qalib gəldi: GÜLLƏLƏNDİ

    08 Fevral 2023

    Serbiyanın axtarış-xilasetmə briqadası da Türkiyəyə gəlib

    08 Fevral 2023

    Vanda da zəlzələ oldu

    08 Fevral 2023

    Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub –

    07 Fevral 2023

    Hərbi aviasiya İskəndərun limanındakı yanğının söndürülməsinə cəlb edilib

    07 Fevral 2023

    FHN-in növbəti yardımları və xilasetmə qrupu Türkiyəyə yola salınacaq

    07 Fevral 2023

    TYH və “Pegasus” zəlzələ zonasından bütün uçuşları pulsuz etdi

    07 Fevral 2023

    Bakıda beş ailənin yaşadığı birmərtəbəli evlərdə yanğın olub

    07 Fevral 2023

    “SOCAR Türkiyə” zəlzələ bölgəsindəki xilasetmə avtomobillərini pulsuz benzinlə təmin edir

    07 Fevral 2023

    New York Times: “Morqlar dolub-daşır, yaralı axını dayanmır”

    07 Fevral 2023

    Türkiyədə zəlzələdə ölənlərin sayı 5000-i ötdü

    07 Fevral 2023

    Media Reyestrinin tətbiqinin ÖNƏMİ: “Bu, jurnalistikanın inkişafında mənfi tendensiyaya səbəb ola bilməz”

    07 Fevral 2023

    Xocalıda yük avtomobili su kanalına düşüb

    07 Fevral 2023

    Mövlud Çavuşoğlu Azərbaycana təşəkkür edib

    07 Fevral 2023

    Çavuşoğlu: “İlk olaraq can Azərbaycandan kömək gəldi”

    07 Fevral 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.